Zeytunsevənlər üçün yaşıl işıq - Bakıda bayram
03 Oktyabr 2026, 22:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
339
13.03.2023, 14:28
“Üçtərəfli Bəyanat imzalandıqdan qısa müddət sonra I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerlərinin müəyyən edilməsi, qazıntı və ekshumasiya işlərinin aparılması məsələsi gündəmə gəldi”.
Oxu24.com xəbər verir ki, Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.
“Bir məqamı xüsusilə qeyd etməliyəm ki, Ermənistanın bu sahədəki açıqlamaları daha çox imitasiya xarakteri və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi daşıyır. Biz ötən müddət ərzində Ermənistandan I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması sahəsində məqsədyönlü fəaliyyətin şahidi olmamışıq. Məlumdur ki, I Qarabağ müharibəsində itkin düşmüş bütün şəxslər Ermənistan tərəfindən işğal edilmiş və bu ölkənin silahlı birləşmələrinin 30 il nəzarət etdiyi ərazilərdə itkin düşmüşlər. Yəni bu o deməkdir ki, həmin şəxslər barədə məlumatlar daha çox Ermənistan tərəfdədir. Hətta Ermənistan rəsmiləri bunu inkar belə etmirlər, onlar mətbuata açıqlamalarında bunu təsdiq edən fikirlər səsləndiriblər”, - İsmayıl Axundov bildirib.
O qeyd edib ki, üçtərəfli bəyanatdan sonra Ermənistan tərəfinin bu sahədə müəyyən addımlarına şahid olublar, ancaq bu itkin düşmüş şəxslərin tapılması və qarşıda duran vəzifələrin icrası üçün adekvat sayıla bilməz: “Hətta çəkinmədən deyə bilərəm ki, Ermənistan tərəfindən meyit qalıqlarının verilməsi texnologiyası onların eyniləşdirilməsi sahəsində əlavə çətinliklərin yaranmasına səbəb olur. Meyit qalıqları dünyada qəbul edilmiş qaydalara uyğun ekshumasiya edilməli və xüsusi qaydalarda qablaşdırılmalı və daşınmalıdır. Bu qaydalara əməl edilmirsə, nəticənin əldə edilməsi bir çox hallarda mümkün olmur”.
Dövlət Komissiyasının katibi vurğulayıb ki, qarşı tərəf hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olan ərazidən 2021-ci ilin fevral ayından 2022-ci ilin dekabr ayınadək 67 meyit kisəsində 148 şəxsə aid olduğu bildirilən qarışıq meyit qalıqlarını təhvil verib: “Lakin mütəxəssislər tərəfindən aparılmış araşdırmalar və təyin edilmiş müvafiq ekspertizalar nəticəsində qarşı tərəfdən verilmiş qarışıq meyit qalıqlarının 117 şəxsə aid olduğu müəyyən edilib”.
00:16 / 04 Oktyabr 2026
71
23:56 / 03 Oktyabr 2026
62
23:26 / 03 Oktyabr 2026
66
22:53 / 03 Oktyabr 2026
71
22:48 / 03 Oktyabr 2026
69
22:41 / 03 Oktyabr 2026
80
22:29 / 03 Oktyabr 2026
74
22:13 / 03 Oktyabr 2026
132
22:08 / 03 Oktyabr 2026
90
21:24 / 03 Oktyabr 2026
79
21:09 / 03 Oktyabr 2026
95
20:57 / 03 Oktyabr 2026
117
20:51 / 03 Oktyabr 2026
93
20:38 / 03 Oktyabr 2026
96
20:27 / 03 Oktyabr 2026
534
20:14 / 03 Oktyabr 2026
96
20:03 / 03 Oktyabr 2026
406
19:52 / 03 Oktyabr 2026
538
19:51 / 03 Oktyabr 2026
118
19:46 / 03 Oktyabr 2026
76
19:34 / 03 Oktyabr 2026
78
19:34 / 03 Oktyabr 2026
79
19:25 / 03 Oktyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.