Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84606
az

Vəfat edən professor məşhur nazirin yeznəsi  imiş - FOTO

11:4113 Mart, 2023
455
CƏMİYYƏT
  • A

Azərbaycan Texniki Universitetin Mühəndis fizikası və elektronika kafedrasının müdiri, professor, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru Eldar Mehralı oğlu Qocayev ötən gün vəfat edib. 79 yaşlı Eldar Qocayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

  
Oxu24.com  Modern.az-a istinadən xəbər verir ki, mərhum Eldar Qocayev məşhur polis polkovniki Nizami Qocayevin qardaşıdır.

Bundan başqa, mərhum Eldar Qocayev sabiq təhsil naziri Misir Mərdanovun həm bibisi oğlu, həm də yeznəsi imiş.

Məlumatı Misir Mərdanovun özü də təsdiqləyib:

“Eldarla mənim aramızda iki yaş fərq var idi. O, mənim bibim oğlu idi. Uşaqlıqdan, demək olar ki, bir ailədə böyümüşdük. Mən Bakı Dövlət Universitetinin birinci kursuna daxil olanda o, Fizika fakültəsinin üçüncü kursunda oxuyurdu. Birinci və ikinci kursda oxuduğum zaman onunla yataqxanada bir otaqda qalırdıq. Sonralar Eldar mənim bacım Suqra ilə ailə həyatı qurdu. Çox zəhmətkeş, işgüzar, səmimi, təvazökar, məsuliyyətli, yeri gələndə sözünü deyən bir insan idi.

Onu 2023-cü il martın 12-də əvvəlcədən özünün aldığı yerdə - Badamdar qəbiristanlığında dəfn etdik. Allah rəhmət eləsin”.

Xatırladaq ki, iki il öncə Ədliyyə Nazirliyi Gəncə regional idarəsinin rəisi vəzifəsindən təqaüdə göndərilən polkovnik Nizami Qocayev daha əvvəllər Daxili İşlər Nazirliyində İstintaq İdarəsinin rəisi vəzifəsində çalışıb.

N.Qocayev elə DİN-də idarə rəisi işləyərkən - 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilib. Onun həbsi sabiq baş prokuror Eldar Həsənov tərəfindən sanksiyalaşdırılmışdı.

Qocayevlər Milli Məclisin sabiq spikeri Murtuz Ələsgərovun qohumları idilər. Məhz bu həbs Ələsgərovla Həsənov arasında ədavətə səbəb olmuşdu.

Nizami Qocayev məhkəmənin ona kəsdiyi cəzanın bir hissəsini çəkdikdən sonra 2002-ci ildə dövlət başçısı tərəfindən əfv olunub.

Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edilib. Bir müddət İsmayıllı rayonunun polis rəisi vəzifəsində çalışıb. Ən son iş yeri Ədliyyə Nazirliyi Gəncə regional idarəsinin rəisi vəzifəsi olub.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aviasiya Akademiyasını bitirib KLOUN işləyən şəxs:
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
Böyürtkənin əvəzolunmaz faydaları

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı