Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84581
az

“Google”dan tərcümə ilə bağlı möhtəşəm yenilik - FOTO

10:3913 Mart, 2023
129
CƏMİYYƏT
  • A

"Google Translate"in masaüstü veb-səhifəsinə şəkillərin tərcüməsi funksiyası əlavə edilib.

OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, daha əvvəl mobil versiyada mövcud olan şəkillərin tərcüməsi funksiyası, nəhayət, masaüstü kompüterlərdə də tətbiq edilib.

Əslində "Google Lens" uzun müddətdir fotoları tərcümə edir. Lakin bu funksiya yalnız hansısa sayta yüklənmiş fotoşəkillər üçün mövcud idi, kompüterdə olan fotonun tərcüməsi mümkün deyildi.

"Translate.google.com" bu problemi həll edib və yüklənən fotolardakı mətnlərin tərcüməsini mümkün edib.
Ətraflı
Ad - 00:15

"Google Translate" səhifəsini açdığınız zaman yuxarıdakı "Text"in yanında "İmage" seçimini görəcəksiniz. "İmage"ə keçdiyiniz zaman sizdən kompüterinizdən bir şəkil yükləməyiniz istəniləcək. "Tut-burax" seçimi olmadığı üçün şəkli kompüterinizdən bu formada yükləyə bilərsiniz.

Şəkli yüklədiyiniz zaman mətni tərcümə etmək istədiyiniz dili seçin. "Google" avtomatik olaraq şəkildəki mətni aşkar edib tərcümə edəcək. Əgər yuxarı sol tərəfdəki "Orijinalı göstər"i seçsəniz, fotonun həm orijinalını, həm də tərcümə edilmiş versiyasını eyni zamanda görə bilərsiniz.

"Google" burada sizə iki seçim təklif edir. Siz mətni kopiyalaya və ya tərcümə edilmiş şəkli yükləyə bilərsiniz. Bununla belə internet üzərindən etdiyiniz bu tərcümədə mətnin səsli versiyasını dinləmək mümkün deyil. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub