Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84577
az

Ağ, yoxsa qəhvəyi qabıqlı yumurta? - Mütəxəssis izah edir - VİDEO

09:1413 Mart, 2023
149
CƏMİYYƏT
  • A
Market və dükanlarda broyler yumurtaları iki rəngdə təklif olunur - ağ və qəhvəyi. Ağ qabıqlı yumurta ilə qəhvəyi rəngli yumurta arasında təxminən 4-8 qəpiyədək qiymət fərqi var. Maraqlıdır, yumurtanın qabığının rəngi onun keyfiyyətinə dəlalət edirmi?
 
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müxbir mövzu ilə əlaqədar Gəncədə satıcı və alıcılarla görüşüb, mütəxəssis rəyini öyrənib.
 
Satıcı Dürdanə Abbasova iddia edib ki, sarı qabıqlı yumurta daha keyfiyyətli olur: "Ağ yumurta zavod, yəni broyler yumurtasıdır, qiyməti 16 qəpikdir. Qəhvəyi rəngdə olanlar isə kənd yumurtası sayılır, qiyməti 20 qəpikdir. Fərqləri ondan ibarətdir ki, qəhvəyi qabıqlı yumurtanın tərkibi ağ qabıqlı yumurtadan daha zəngindir. Alıcılar da ən çox qəhvəyi rəngli yumurtanı seçirlər".
 
Şəhər sakini Elçin Abbasov alış-veriş zamanı hər iki yumurtadan alsa da, onların tərkibinin eyni olduğu qənaətindədir. Alıcıların bir çoxu bu fikirlə razılaşsa da, qabığının rənglərinə görə yumurtaları fərqləndirib mətbəxdə istifadə etdiyini deyənlər də az deyil.
 
"Alış-veriş zamanı hər iki yumurtadan alıram. Şirniyyat bişirərkən qabığı ağ rəngdə olan yumurtadan, yemək bişirərkən isə sarı, yəni qəhvəyi qabıqlı yumurtadan istifadə edirəm," - alıcı Məhəbbət Vəliyeva deyib.
 
Dövlət Aqrar Universitetinin Heyvandarlıq məhsulları istehsalının texnologiyası kafedrasının müəllimi Raifə Mustafayevanın da məsələ ilə bağlı fikirlərini öyrəndik. Mütəxəssis yumurtanın rənginin fərqli olmasının onun keyfiyyətindən yox, toyuğun cinsindən asılı olduğunu bildirib: "Yumurtanın qabığının ağ, qəhvəyi, yaxud açıq qəhvəyi olması onun tərkibinə və keyfiyyətinə heç bir təsir göstərmir. Yumurtanın qabığının rəngi onun tərkibində olan piqmentlərdən asılıdır. Məsələn, yumurtanın tərkibinin 95-98 faiz kalsium karbonatdan ibarət olması qabığın rənginin ağ olmasına gətirib çıxarır. Qəhvəyi, açıq qəhvəyi və tünd qəhvəyi rəngdə olan yumurtalar isə toyuğun yumurtalıq borusunda olan fermentlərin ifrazı nəticəsində yaranır. Yəni, toyuğun yumurtasının qabığının rəngi irsidir və onun cinsindən asılı olaraq dəyişir".
 
Yumurtanın keyfiyyətini onun rənginə görə təyin etməyin düzgün olmadığını diqqətə çatdıran mütəxəssis əlavə edib ki, yumurtanın keyfiyyətli olub-olmamasını onun böyüklüyündən və səthinin hamar olmasından aşkar etmək mümkündür. Həmçinin, yumurtanın sarısının tünd olması da, onun tərkibində vitaminlərin zənginliyinə işarədir.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəhbər olmaq istəyənlərin NƏZƏRİNƏ
Bu gün Bakıya sulu qar yağacaq -PROQNOZ
Tənhalığın gözlənilməz TƏHLÜKƏSİ -Bu vəziyyətə düşmə ehtimalı çoxdur

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video