Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84570
az

Putini əvəz edəcək adamın ADI MƏLUMDUR - Bu şəxs əsas siyasi fiqura çevrilir

23:4612 Mart, 2023
233
CƏMİYYƏT
  • A

Baş nazirlə parlament fraksiyaları arasında gözlənilən danışıqlar siyasi dairələrdə prezident Putinin mümkün varisi ilə bağlı müzakirələrə yeni stimul verib.

Rusiyanın baş naziri Mixail Mişustin parlamentin bütün fraksiyaları ilə görüşlər keçirəcəyi xəbəri bu ölkənin siyasi kuluarlarında "bomba effekti" yaradıb.  Çünki son vaxtlara qədər bu cür görüş yalnız  prezidentin imtiyazı sayılırdı.

OXU24.COM Musavat.com-a istinadən xəbər verir ki, Mişustinin sabah "Vahid Rusiya" fraksiyası ilə görüşü planlaşdırılıb, daha sonra isə baş nazir Liberal Demokrat Partiyasından olan deputatlarla danışıqlar aparacaq. Hökumət başçısının Jirinovskinin varisləri ilə  kommunistlərdən əvvəl  görüşməsi faktı da diqqət çəkib. Bu  fakt Jirinovskidən sonra zəifləmiş  partiyanın nüfuzunu saxlamaq cəhdi kimi qiymətləndirilir.

Bildirilir ki, fraksiya liderləri ilə görüşlər Nazirlər Kabinetinin rəhbərinin səlahiyyətlərinin ənənəvi sırf texniki baş nazirlik çərçivəsindən kənara çıxdığını göstərir.

 Hökumət evində işlədiyi üç il ərzində Mişustin  özünü yüksək  peşəkar olduğunu sübut etdi. Onun baş nazirliyi  əvvəl COVID-19-la bağlı ağır dövrə düşdü, sonra isə Rusiya iqtisadiyyatı üçün daha ağır sınaq dövrü-sanksiyalar başladı.  Üstəlik, Ukrayna müharibəsində  sənayenin qismən "hərbi rejimə keçirilməsi" zərurəti yarandı. Müharibə edən ordunun bütün təminatı  üçün Koordinasiya Komitəsinə də Mişustin rəhbərlik edir.  
Ətraflı

f26d44e3db8cdf787e11aa255cba344e.jpg (60 KB)

Ənənəvi olaraq, baş nazir yenidən təyinatı və ya illik hesabatları ərəfəsində fraksiyalarla danışıqlar aparır. Belə ki, müxalifət deputatları adətən, xüsusilə qeyri-populyar nazirləri tənqid  etmək imkanı əldə edirlər. Bu dəfə nə kadr qərarları var, nə də baş nazirin  hesabatı. Ekspertlərə görə, parlament fraksiyaları ilə görüş  nəinki prezidentin baş nazirə etimadının artdığını, həm də  Mişustinin siyasi kommunikasiyalar sahəsində rolunun genişlənməsinə hesablanıb.  

Bundan əlavə, qubernatorların və regional qanunvericilik məclislərinin payız seçkilərinə az qalıb və partiyaların hökumətin dəstəyi ilə həll etmək istədikləri maliyyə problemləri də var. Ola bilsin ki, hökumətdə çoxdan gözlənilən kadr dəyişiklikləri ilə bağlı deputatların çoxsaylı sualları olsun. Bir sözlə,  Mişustinin bağlı qapılar arxasında fraksiyalarla  söhbətlər üçün kifayət qədər mövzu var.

Baş nazirlə parlament fraksiyaları arasında gözlənilən danışıqlar siyasi dairələrdə prezident Putinin mümkün varisi ilə bağlı müzakirələrə yeni stimul verib.  Belə ki, baş nazirin funksiyalarının genişləndirilməsi həm də Mişustinin bu cür namizədlərin virtual siyahısında şəxsi reytinqinin artmasının əlaməti kimi qəbul edilib. Amma Mişustinin nüfuzunun həqiqətən də güclənməsi artıq danılmaz faktdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəhbər olmaq istəyənlərin NƏZƏRİNƏ
Bu gün Bakıya sulu qar yağacaq -PROQNOZ
Tənhalığın gözlənilməz TƏHLÜKƏSİ -Bu vəziyyətə düşmə ehtimalı çoxdur

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video