Qaynar xətt:

(+99450) 247 90 86

Koronavirusun daha bir təhlükəsi

Koronavirusun daha bir təhlükəsi

CƏMİYYƏT

266

12.03.2023, 09:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-dan olan həkimlər COVID-19-dan sağalmış təxminən 400 min insanın damarlarında qan laxtalarının əmələ gəlmə prosesini izləyiblər. Müəyyən ediblər ki, koronavirus infeksiyası 55-84 yaş arası insanlar arasında qan laxtalanma riskini 1,8-5,4 dəfə artırır.

OXU24.COM  Trend-ə istinadən bildirir ki, alimlərin araşdırmasının nəticələri "JAMA Network Open" jurnalında dərc olunub.

"Müşahidələrimiz göstərdi ki, trombların mütləq riski aşağıdır, lakin koronavirus infeksiyası bəzi xəstə qruplarında laxtalanmanın baş vermə ehtimalını xeyli artırır. Xüsusilə, 55-64 yaşlı yaşlı insanlarda 1,8 dəfə, 65-74 və 75-84 yaşlı xəstələrdə isə 5,4 və 6,5 dəfə", - tədqiqatçılar yazır.

Trombun inkişafının nisbi ehtimalı artıq çəkidən əziyyət çəkən insanlarda da nəzərəçarpacaq dərəcədə (3 dəfə) artır.