Qaynar xətt:

(+99450) 247 90 86

Mədə yanmasında hansı meyvə xilas edə bilər?

Mədə yanmasında hansı meyvə xilas edə bilər?

CƏMİYYƏT

285

12.03.2023, 09:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qastroentroloq Aleksandr Andreyev bildirib ki, bəzi qidalar mədə turşusunun təsirini neytrallaşdıra və mədə göynəməsinin xoşagəlməz hissini aradan qaldıra bilər.

OXU24.COM "Medicina"-ya istinadən xəbər verir ki, mədə göynəməsinə gətirib çıxardan amillərdən biri saqqızıdr. Adətən saqqız şəkərsiz və mentolsuz olmalıdır ki, mədə yanmasına gətirib çıxartmasın. Saqqız ağız suyunun artması, mədə şirəsindən qələvi tərkibinə görə turşuları neytrallaşdıran tüpürcək istehsalını gücləndirir.

Mədə göynəməsinin qarşısını alan yulaf əzməsidir. Ən yaxşısı maye sıyıq yeməkdir - bu halda o, mədənin divarlarını əhatə edəcək. Bu da göynəmənin qarşısını alacaq.

Əgər yulaf olmasa, arpa və ya düyü sıyığını da bişirib yeməklə bu problemdən yaxa qurtarmaq olar.

Banan mədə turşusuna neytrallaşdırıcı təsir göstərir. Andreev, bananların qələvi qidalar olduğunu deyib.

Mədə göynəməsini aradan qaldırmaq üçün bananı əzib sıyıq halına gətirərək yemək faydalıdır. Yemiş də bananla eyni effekti verir.