Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycanlı məşhur idmançı həbs edildi

SON DƏQİQƏ! Azərbaycanlı məşhur idmançı həbs edildi

CƏMİYYƏT

901

11.03.2023, 17:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Martın 9-da Moskvada təhlükəli cinayətkar saxlanılıb. Onun qarşısını almaq üçün asayiş keşikçiləri xidməti silahdan atəş açmalı olublar.

Oxu24.com Rusiya mediasına istinadən xəbər  verir  ki,  saxlanılan şəxs yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü və pankration üzrə Rusiya çempionatının qalibi olub.

Saxlanılan 29 yaşlı Cabbar Yusifi Moskva Dairəvi Yolu ilə hərəkətdə olarkən hüquq-mühafizə orqanlarının əməkdaşlarının saxlama tələbinə məhəl qoymayıb. 

Nəticədə həmin şəxs avtomobilini tərk edərək qaçmağa çalışıb. Onu dayandırmaq üçün iki xəbərdarlıq atəşi açılmalı idi. Həbs zamanı Yusifi tapançanı yerə atıb.

Sonradan məlum olub ki, saxlanılan şəxs Ukraynanın tələbi ilə İnterpol xətti ilə axtarışa verilib və o, Rusiyada da federal axtarışdadır. Cabbar Yusifi Rusiya Federasiyasında qanunsuz silah saxlamaqda, Ukraynada isə adamın qətlində şübhəli bilinir.

Bəzi məlumatlara görə, 2022-ci ildə Yusifi Dnepr çayının mərkəzində bir nəfəri güllələyib. Belə bir versiya var ki, o, anasının sevgilisinə 9 güllə atıb.

 

Tərcümə: Miri Məcidli