Qaynar xətt:

(+99450) 247 90 86

"Azəriqaz" daha 1 şəhər və 3 rayonda “Açıq mikrofon” aksiyası keçirəcək

\\\"Azəriqaz\\\" daha 1 şəhər və 3 rayonda “Açıq mikrofon” aksiyası keçirəcək

CƏMİYYƏT

272

11.03.2023, 16:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi növbəti həftə daha 1 şəhər və 3 rayonda “Açıq mikrofon” aksiyası keçiriləcək.

Oxu24.com-un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Yardımlı rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü saat 11:00-dan 12:00-dək Lerik rayonunda (Heydər Əliyev Mərkəzi), 3-cü günü saat 13:00-dan 14:00-dək Lənkəran şəhərində (Lənkəran Regional Mədəniyyət İdarəsi), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Masallı rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.