Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84319
az

Uşaqlarda qarın sancısı NƏYİN ƏLAMƏTİDİR?

17:5910 Mart, 2023
118
CƏMİYYƏT
  • A

Uşaqlarda qarın ağrısı müşahidə olunarsa və bu narahatlıq davam edərsə, mütləq ərazi üzrə uşaq poliklinikasındakı sahə həkimi ilə əlaqə saxlamaq lazımdır.

OXU24.COM  Medicina.az-a istinadən xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 17 nömrəli Uşaq Poliklinikasının baş həkimi Gülər Paşayevanın sözlərinə görə, uşaqlarda qarın ağrıları çox ciddi xəstəliklərdən xəbər verə bilər:

"Buna görə də biz - ilkin səhiyyə xidməti müəssisələri olaraq, uşaqlarda bu cür narahatlıq müşahidə edildiyi halda valideynlərin mütləq şəkildə ilkin səhiyyə xidməti müəssisələrinə müraciət etmələrini tövsiyə edirik.

Uşaqlarda qarın ağrıları müxtəlif səbəblərdən baş verə bilər. Bu zaman valideyn sahə həkiminə (həkim-pediatra) müraciət etməlidir. Sahə həkimi müvafiq suallar verməklə, ağrının səbəblərini araşdırır və onu təyinatına uyğun ixtisas həkimlərinə və analizlərə yönəldir.

Əgər uşaqda səhərlər ürəkbulanma, gecə yatanda dişlərini sürtmək, ağzından su axmaq kimi əlamətlər, anal-dəlik sahəsində qaşınma olursa, uşaq qurd analizinə yönləndirilir. Belə ki, göbək ərtafında, epiqastral nahiyədə, yemək qəbulu zamanı baş verən ağrılar mədə-bağırsaq xəstəliklərinin əlamətləri ola bilər.

Bir çox hallarda qarında kəskin ağrılar təxirəsalınmaz cərrahi müdaxilərə gətirib çıxardır".

Həkim-pediatrın sözlərinə görə, çox vaxt qarın ağrıları digər orqanların xəstəliklərində də özünü büruzə verir:

"Məsələn, sidik kisəsi iltihabı, qəbizlik, kolit xəstəlikləri də qarın nahiyəsində dözülməz ağrılar verə bilər. Buna görə məsləhət görürük ki, vaxtaşırı sahə həkimlərində tibbi müayinələrdən keçsinlər".

"Qarındır ağrıyır, keçər, heç nə olmaz" deyib, keçməyin. Bir daha qeyd edək ki, qarın ağrısı bir çox xəstəliklərin "carçı"sı ola bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi