Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - VİDEO
04 Oktyabr 2026, 11:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
384
10.03.2023, 17:59
Uşaqlarda qarın ağrısı müşahidə olunarsa və bu narahatlıq davam edərsə, mütləq ərazi üzrə uşaq poliklinikasındakı sahə həkimi ilə əlaqə saxlamaq lazımdır.
OXU24.COM Medicina.az-a istinadən xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 17 nömrəli Uşaq Poliklinikasının baş həkimi Gülər Paşayevanın sözlərinə görə, uşaqlarda qarın ağrıları çox ciddi xəstəliklərdən xəbər verə bilər:
"Buna görə də biz - ilkin səhiyyə xidməti müəssisələri olaraq, uşaqlarda bu cür narahatlıq müşahidə edildiyi halda valideynlərin mütləq şəkildə ilkin səhiyyə xidməti müəssisələrinə müraciət etmələrini tövsiyə edirik.
Uşaqlarda qarın ağrıları müxtəlif səbəblərdən baş verə bilər. Bu zaman valideyn sahə həkiminə (həkim-pediatra) müraciət etməlidir. Sahə həkimi müvafiq suallar verməklə, ağrının səbəblərini araşdırır və onu təyinatına uyğun ixtisas həkimlərinə və analizlərə yönəldir.
Əgər uşaqda səhərlər ürəkbulanma, gecə yatanda dişlərini sürtmək, ağzından su axmaq kimi əlamətlər, anal-dəlik sahəsində qaşınma olursa, uşaq qurd analizinə yönləndirilir. Belə ki, göbək ərtafında, epiqastral nahiyədə, yemək qəbulu zamanı baş verən ağrılar mədə-bağırsaq xəstəliklərinin əlamətləri ola bilər.
Bir çox hallarda qarında kəskin ağrılar təxirəsalınmaz cərrahi müdaxilərə gətirib çıxardır".
Həkim-pediatrın sözlərinə görə, çox vaxt qarın ağrıları digər orqanların xəstəliklərində də özünü büruzə verir:
"Məsələn, sidik kisəsi iltihabı, qəbizlik, kolit xəstəlikləri də qarın nahiyəsində dözülməz ağrılar verə bilər. Buna görə məsləhət görürük ki, vaxtaşırı sahə həkimlərində tibbi müayinələrdən keçsinlər".
"Qarındır ağrıyır, keçər, heç nə olmaz" deyib, keçməyin. Bir daha qeyd edək ki, qarın ağrısı bir çox xəstəliklərin "carçı"sı ola bilər.
11:22 / 04 Oktyabr 2026
39
11:14 / 04 Oktyabr 2026
49
11:08 / 04 Oktyabr 2026
340
10:49 / 04 Oktyabr 2026
65
10:22 / 04 Oktyabr 2026
184
10:20 / 04 Oktyabr 2026
50
09:49 / 04 Oktyabr 2026
51
03:58 / 04 Oktyabr 2026
116
00:16 / 04 Oktyabr 2026
148
23:56 / 03 Oktyabr 2026
87
23:26 / 03 Oktyabr 2026
90
22:53 / 03 Oktyabr 2026
107
22:48 / 03 Oktyabr 2026
88
22:41 / 03 Oktyabr 2026
114
22:29 / 03 Oktyabr 2026
110
22:13 / 03 Oktyabr 2026
250
22:08 / 03 Oktyabr 2026
144
21:24 / 03 Oktyabr 2026
98
21:09 / 03 Oktyabr 2026
126
20:57 / 03 Oktyabr 2026
165
20:51 / 03 Oktyabr 2026
115
20:38 / 03 Oktyabr 2026
133
20:27 / 03 Oktyabr 2026
744
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.