Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - VİDEO
04 Oktyabr 2026, 11:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
530
10.03.2023, 13:41
Martın 2-də dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşhədi Dadaş məscidinin axundu Hacı Şahini əvəzləyən şəxsin kimliyi məlum olub.
Bundan sonra Hacı Şahini Hacı Elbrus Kərimov əvəz edəcək. Bu gün saat 13:00-da möminlər Məşhədi Dadaş məscidində onun imaməti ilə cümə namazı qılacaqlar.
Hacı Elbrus Kərimov kimdir?
Hacı Şahinin xələfi gənc olsa da, şiə cameəsi tərəfindən yaxşı tanınır.
Hacı Elbrus Kərimov 5 noyabr 1992-ci ildə anadan olub. Hacı Şahinin əsas yetirmələrindən biri sayılır. Azərbaycan dili ilə yanaşı, ərəb və rus dillərini də bilir. Hazırda Darul-Hikmət Elm və Tədris mərkəzində müəllim və elmi işçidir.
Mədrəsə təhsilini bitirdikdən sonra İİR Əl-Mustafa Universitetində distant təhsil almağa başlayıb.
Darul Hikmət Elm və Tədris Mərkəzində rus və azərbaycan bölməsində Ərəb dili, Fars dili, Şəriət və Üsul dərslərini tədris edir.
"Dini anlama məntiqi” adlı kitabın müəllifidir. Kitaba ön sözü müəllimi Hacı Şahin Həsənli yazıb. Mərhum ilahiyyatçı yazmış olduğu ön sözdə tələbəsinin zehni əməyini yüksək qiymətləndirib.
Sələfindən fərqli olaraq, Elbrus Kərimov sosial şəbəkələrdə o qədər də fəal deyil. Onun "İnstgram” hesabını cəmi 725 nəfər, "YouTube” hesabını isə 563 nəfər izləyir.
Mərhum Hacı Şahin Həsənlinin öz sevimli tələbəsi Hacı Elbrusa həmişə dəstək olduğu bildirilir. Hacı Şahin sağlığında bir neçə dəfə Məşhədi Dadaş məscidində cümə namazının Hacı Elbrus Kərimov tərəfindən qılınmasına şərait yaradıb.
Hacı Elbrus Kərimov ailəlidir, bir qız, bir oğul atasıdır.
Mənbə: Yenisabah.az
12:13 / 04 Oktyabr 2026
128
12:10 / 04 Oktyabr 2026
38
11:22 / 04 Oktyabr 2026
44
11:14 / 04 Oktyabr 2026
74
11:08 / 04 Oktyabr 2026
540
10:49 / 04 Oktyabr 2026
75
10:22 / 04 Oktyabr 2026
221
10:20 / 04 Oktyabr 2026
52
09:49 / 04 Oktyabr 2026
53
03:58 / 04 Oktyabr 2026
117
00:16 / 04 Oktyabr 2026
149
23:56 / 03 Oktyabr 2026
88
23:26 / 03 Oktyabr 2026
90
22:53 / 03 Oktyabr 2026
108
22:48 / 03 Oktyabr 2026
88
22:41 / 03 Oktyabr 2026
116
22:29 / 03 Oktyabr 2026
111
22:13 / 03 Oktyabr 2026
252
22:08 / 03 Oktyabr 2026
145
21:24 / 03 Oktyabr 2026
98
21:09 / 03 Oktyabr 2026
129
20:57 / 03 Oktyabr 2026
167
20:51 / 03 Oktyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.