Mircəfər Bağırov bu kəndi necə yer üzündən silmişdi?
04 Oktyabr 2026, 14:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1150
09.03.2023, 20:25
Rusiya yüklərin daşınması üçün nəzərdə tutulan Gürcüstanla sərhəddə yerləşən Yuxarı Lars keçid məntəqəsini bağlamağa hazırlaşır.
Oxu24.com Rusiya mediasına istinadən xəbər verir ki, keçidin bağlanmasına səbəb məntəqənin infrastrukturunun yenidən qurulmasıdır.
Rusiya tərəfi təmir işlərinə martın 13-də başlamağa hazırlaşır: Yuxarı Larsın işinin bərpası noyabr ayına qədər təxirə salına bilər.
Yük sektorundakı mənbələr bildirirlər ki, keçid məntəqəsinin bağlanması regionun nəqliyyat və logistika sektorunda problemləri daha da dərinləşdirə bilər.
Artıq son günlər sərhəd-keçid məntəqəsində uzun növbə yaranıb. Buna səbəb hava şəraiti və Rusiya Fövqəladə Hallar Nazirliyinin yolda hərəkəti məhdudlaşdıran qərarıdır.
Yerli media yazır ki, bu qərardan sonra Rusiya-Azərbaycan sərhədində yük maşınlarının uzun növbələri daha da artacaq
Rusiya tərəfi bildirir ki, təmir işləri ilə əlaqədar martın 13-dən Yuxarı Larsda hərəkət zolaqlarının sayı 11-dən 6-ya endirilib, yüklərin daşınması əks rejimdə başlayacaq.
Yəni, Gürcüstandan Rusiyaya yalnız yük maşınları buraxılacaq, Rusiyadan Gürcüstana yük daşıyan avtomobillər isə Azərbaycanla sərhəddə yerləşən Yaraq-Kazmalyar və Tahirkənd-Kazmalyar sərhəd keçid məntəqələrinə göndəriləcək.
Bu səbəbdən də Rusiya-Azərbaycan sərhədində yük maşınlarının uzun növbələrinin daha da artacağı gözlənilir.
Yaraq-Kazmalyar sərhəd-keçid məntəqəsinin buraxılış qabiliyyəti sutkada maksimum 200 ağır avtomobil təşkil edir və hazırda uzun növbələr yaranıb.
Nəticədə Rusiyadan, o cümlədən Azərbaycana daşınan mallar gecikir, nəqliyyat xərcləri artır. Ekspertlərin fikrincə, bəzi xaricdən gətirilən malların bahalaşmasının səbəblərindən biri də budur.
Tərcümə: Miri Məcidli
14:04 / 04 Oktyabr 2026
8
14:00 / 04 Oktyabr 2026
26
13:55 / 04 Oktyabr 2026
28
13:44 / 04 Oktyabr 2026
57
13:40 / 04 Oktyabr 2026
41
13:30 / 04 Oktyabr 2026
43
13:15 / 04 Oktyabr 2026
49
12:55 / 04 Oktyabr 2026
57
12:48 / 04 Oktyabr 2026
114
12:31 / 04 Oktyabr 2026
61
12:13 / 04 Oktyabr 2026
1027
12:10 / 04 Oktyabr 2026
1014
11:22 / 04 Oktyabr 2026
63
11:14 / 04 Oktyabr 2026
144
11:08 / 04 Oktyabr 2026
952
10:49 / 04 Oktyabr 2026
123
10:22 / 04 Oktyabr 2026
620
10:20 / 04 Oktyabr 2026
68
09:49 / 04 Oktyabr 2026
73
03:58 / 04 Oktyabr 2026
124
00:16 / 04 Oktyabr 2026
158
23:56 / 03 Oktyabr 2026
91
23:26 / 03 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.