Qaynar xətt:

(+99450) 247 90 86

Sürücülük vəsiqəsi olmadan sərnişin daşıdı, həbs edildi

Sürücülük vəsiqəsi olmadan sərnişin daşıdı, həbs edildi

CƏMİYYƏT

352

07.03.2023, 10:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Masallıda sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə edən şəxs tutulub.
Oxu24.com DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunaa istinadən xəbər verir ki, Masallıda rayondaxili marşrut üzrə hərəkət edən “Mercedes” markalı mikroavtobusda sərnişindaşıma qaydaları pozulduğu üçün yol polisi tərəfindən saxlanılıb. Müəyyən olunub ki, həmin mikroavtobusla marşrut xətti üzrə sərnişin daşıyan Masallı rayon sakini Ramal Hüseynovun sürücülük vəsiqəsi yoxdur. Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinə əsasən 15 gün müddətində inzibati qaydada həbs edilib.