OXU24.COM "Report"-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" və "Hyundai" markalı minik avtomobilləri toqquşub. "Hyundai" markalı avtomobil yoldan çıxaraq su arxına aşıb.
"Mercedes"də olan 4 nəfər, Kəlbəcər rayon sakinləri - 1964-ci il təvəllüdlü Zerif Tanrıverdi oğlu Kazımov, 1959-cı il təvəllüdlü Talıb Nəriman oğlu Ağalarov, 1965-ci il təvəllüdlü Lətafət Pənah qızı Səfərova və 1967-ci il təvəllüdlü Zöhrə Fərman qızı Ağalarova, "Hyundal"da olan, adları açıqlanmayan 25-30 yaşlarında 3 qadın isə müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR