Qaynar xətt:

(+99450) 247 90 86

Zahid Hacıyev vəfat etdi

Zahid Hacıyev vəfat etdi

CƏMİYYƏT

358

03.03.2023, 16:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının dosenti Zahid Hacıyev dünyasını dəyişib.

Bu barədə BDU-nun Mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva deyib.

O bildirib ki, Zahid İsmayıl oğlu Hacıyev 08 iyun 1948-cü ildə anadan olub. 1966-1969-cu illərdə BDU-nun, 1970-1973-cü illərdə isə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Fizika fakültələrində ali təhsil alıb. 1970-1973-cü illərdə MDU-nun Fizika fakültəsinin aspirantı olub. 1981-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi, 1988-ci ildə dosent elmi adını alıb. 1988-ci ildən indiyədək BDU-nun Optika və molekulyar fizika kafedrasında dosent vəzifəsində işləyib.