Qaynar xətt:

(+99450) 247 90 86

Hacı Şahin ölüm baş verən günü haraya aparılmış? - YENİ DETALLAR+VİDEO

Hacı Şahin ölüm baş verən günü haraya aparılmış? - YENİ DETALLAR+VİDEO

CƏMİYYƏT

4603

03.03.2023, 12:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünən vəfat edən din xadimi  Hacı Şahinin ölümündən əvvəl təcili yardıma müraciət etdiyi məlum olub.

Oxu24.com xəbər verir  ki, Hacı Şahin ürək şikayətləri ilə bağlı ölüm baş verən gecə "Baku Medical Plazaya" aparılıb.

 

Klinikanın şöbə müdiri  Üzeyir Rəhimov bildirib ki,Şahin Həsənov gecə onlara müraciət edib.

 

"O,bizə gətiriləndə ağrısı keçibmiş.Növbətçi həkimlər dəyərləndirib ki,xəstənin tipik ürək ağrısı var.Tropolin deyilən maddə yüksək çıxıb.Xəstəyə yatış məsləhət bilinsə də, xəstənin yaxınları iltizamnamələrə  imza ataraq onu evə aparıb.Onlara mümkün infarkt,ürək dayanması ola bilməsi bildirilib. Buna baxmayaraq xəstə evə aparılıb",-  deyə şöbə müdiri bildirib.

 

Qeyd edək ki, Hacı Şahin Azərbaycanda nüfuzlu  din xadimi kimi tanınıb.Onun qəfil ölümü cəmiyyətdə şok effekti yaradıb.

 

 

Miri Məcidli