5 oktyabr müəllim gününə aid ŞEİRLƏR
05 Oktyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
479
03.03.2023, 11:59
Birbank sahibləri fevral ayında 4,4 milyon manat keşbek əldə ediblər
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını təklif edir. Birbank-lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv Birbank Cashback kartı istifadəçiləri fevral ayında bonuslardan ortalama 45 manat pul qazanıblar.
Fevral ayı ərzində Birbank-lılar ümumilikdə 4,4 milyon manat keşbek əldə ediblər. Bu məbləğin təxminən 240 000 manatı Birbank vasitəsilə kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlər etdikdə qazanılan 1% keşbeklərin payına düşür. Birbank-ın partnyor mağazalarında edilən alış-verişlərdən qazanılan keşbek məbləği 235 000 manatdır. Müştərilər qazandıqları keşbekin 90%-ni öz ehtiyaclarına istifadə ediblər. Xərclədikləri vəsaitin bir hissəsini keşbek qismində geri almaqla yanaşı, Birbank Cashback debet kart sahibləri ƏDV-ni ikiqat qaytara bilirlər. Ötən ay bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-nin ümumi həcmi 10% artaraq, təqribən 1,6 milyon manat təşkil edib.
Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.
Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles debet kartları ilə də ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Birbank Umico debet kartları ilə isə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.
Birbank taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
Birbank kartı haqqında ətraflı məlumat üçün //birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.
01:03 / 05 Oktyabr 2026
90
01:01 / 05 Oktyabr 2026
28
00:56 / 05 Oktyabr 2026
29
00:51 / 05 Oktyabr 2026
36
00:50 / 05 Oktyabr 2026
6397
00:42 / 05 Oktyabr 2026
176
00:38 / 05 Oktyabr 2026
58
00:36 / 05 Oktyabr 2026
44
00:35 / 05 Oktyabr 2026
55
00:32 / 05 Oktyabr 2026
41
23:16 / 04 Oktyabr 2026
58
22:50 / 04 Oktyabr 2026
60
22:15 / 04 Oktyabr 2026
74
22:02 / 04 Oktyabr 2026
76
21:54 / 04 Oktyabr 2026
324
21:07 / 04 Oktyabr 2026
263
20:53 / 04 Oktyabr 2026
104
20:43 / 04 Oktyabr 2026
84
20:21 / 04 Oktyabr 2026
78
20:06 / 04 Oktyabr 2026
171
19:55 / 04 Oktyabr 2026
90
19:44 / 04 Oktyabr 2026
315
19:23 / 04 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.