5 oktyabr müəllim gününə aid ŞEİRLƏR
05 Oktyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
635
02.03.2023, 20:47
"Hacı Şahin sağlam, rasional, praqmatik düşüncəyə malik insan idi. Mənə deyərdi ki, Hacı, hər şey yaxşı olacaq, yaxşı düşünək. Amma üç gün bundan öncə mənə elə bir söz dedi ki, çox ağladım. Bildiridi ki, qızım üçün, onun təhsili üçün çalışıram-yetişsin, Azərbaycan xalqına yararlı övlad olsun. Bu söz məni həqiqətən üzdü".
OXU24.COM Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu fikirləri Hacı Surxay Məmmədli deyib.
Hacı Şahin haqqında xatirələrini "Xəbər Ertəsi" ilə bölüşən Hacı Surxay Məmmədli xatırladıb ki, onunla 15 ildir dostluq edirmiş: "Son vaxtlar onunla tez-tez görüşərdim. Onun halını soruşardım, deyərdim ki, özünə fikir ver. Deyərdi ki, çox yaxşıyam".
Surxay Məmmədli deyib ki, Hacı Şahin Azərbaycan gəncliyi üçün nümunəvi şəxs idi: "Hacı Şahin gəncliyin arasında idi, insanlarla danışmağı çox sevərdi. O, gecə-gündüz bilmədən çalışırdı. İstəyirdi ki, insanlara fayda versin. Mən indi anladım ki, o niyə gecə-gündüz yatmırmış, səy göstərirmiş, çalışırmış. Deməmiş ömrü çox az qalıbmış. Bəlkə, bu da Allahın bir lütfü idi ki, o, elmi insanlara çatdırırdı. Düşünürəm ki, bundan sonra da Azərbaycan xalqı, gəncliyi Hacı Şahinin moizələri ilə qidalanacaqlar".
Hacı Surxay əlavə edib ki, Hacı Şahinə acı söz deyəndə təbəssümlə qarşılayırdı: "Sanki insanların neqativliyini götürürdü. Bu da Hacı Şahinin elmi, insani yanaşması idi. Hacı Şahin 1974-cü il təvəllüdlü idi. O, böyük din alimi idi ki, insanların ruhunda mənəvi dönüş yaratdı".
01:03 / 05 Oktyabr 2026
90
01:01 / 05 Oktyabr 2026
28
00:56 / 05 Oktyabr 2026
29
00:51 / 05 Oktyabr 2026
36
00:50 / 05 Oktyabr 2026
6397
00:42 / 05 Oktyabr 2026
176
00:38 / 05 Oktyabr 2026
58
00:36 / 05 Oktyabr 2026
44
00:35 / 05 Oktyabr 2026
55
00:32 / 05 Oktyabr 2026
41
23:16 / 04 Oktyabr 2026
58
22:50 / 04 Oktyabr 2026
60
22:15 / 04 Oktyabr 2026
74
22:02 / 04 Oktyabr 2026
76
21:54 / 04 Oktyabr 2026
324
21:07 / 04 Oktyabr 2026
263
20:53 / 04 Oktyabr 2026
104
20:43 / 04 Oktyabr 2026
84
20:21 / 04 Oktyabr 2026
78
20:06 / 04 Oktyabr 2026
171
19:55 / 04 Oktyabr 2026
90
19:44 / 04 Oktyabr 2026
315
19:23 / 04 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.