Qaynar xətt:

(+99450) 247 90 86

Hacı Şahinin ölüm səbəbi açıqlandı

Hacı Şahinin ölüm səbəbi açıqlandı

CƏMİYYƏT

587

02.03.2023, 10:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
TƏBİB Hacı Şahinin ölümünün səbəbini açıqlayıb.
Qurumdan Oxu24.com-a bildirilib ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına martın 2-də saat 05:30 radələrində çağırış daxil olub. Qeyd olunub ki, saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb:
"Ürəktutmasından həkiməqədər ölüm qeydə alınıb. Ailəsinin bildirdiyinə görə Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib". Miri Məcidli