5 oktyabr müəllim gününə aid ŞEİRLƏR
05 Oktyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
366
01.03.2023, 23:33
Bir qayda olaraq Siam əkizləri arasında əsasən qızlar uzunömürlü olurlar.
Lakin OXU24.COM təqdim etdiyi bu hekayədəki Ronni və Donni qardaşları qeyri - adi fiziki görünüşün gətirdiyi çoxlu problemlərə baxmayaraq, 69 il yaşamağı bacardılar və bu uzunömürlülüklə Ginnesin "Rekordlar" kitabına düşdülər.
Onlar 1951-ci ildə ABŞ-da Detroyt şəhərində doğulmuşdular. 4 əlləri, dörd ayaqları, bir cinsi orqanları və bir mədə bağırsaq sistemləri var idi. Buna görə onları ayırmaq mümkün deyildi.
Uşaqların anası doğum evində onları tərk edib getdi. Siam əkizlərinə bir müddət öncə boşanıb yeni ailə qurmuş ataları və ögey ana sahib çıxdı.
Düz 2 il klinikalarda onların üzərində tədqiqatlar aparıldı. Uşaqlar 29 aylıq olanda ayaq açdılar. İntellektual səviyyələri yüksək olsa da, onları heç bir yerdə məktəbə götürmürdülər. Kasıb ailənin imdadına "çirkinlər şousu" gəldi. Ataları uşaqları gəzdirib, nümayiş etdirməklə pul qazanır, əkizləri və daha 7 övladını dolandırırdı. Uşaqlar "ulduz"a çevrilmişdilər. Bir iş yaxşı idi ki, bacı-qardaşları onlara daim qayğı ilə yanaşırdılar. Əkizlər müstəqil şəkildə tualetə gedə bilmir, ayaqqabılarını geyinməyi bacarmırdılar.
Əkizlər yeniyetməykən çox dalaşırdılar, lakin yaşa dolduqca dostlaşdılar. Ortaq maraqları çox idi və bir - birlərini idarə eləməyi, yola verməyi öyrəndilər. Detroyd sakinləri onları sevirdilər, tez-tez əkizlərin şərəfinə xeyriyyə gecələri keçirilir, toplanan vəsait onların rifahına sərf olunurdu. Düz 50 yaşları olanda əkizlərə məhz onlar üçün hazırlanmış xüsusi çarpayı bağılşandı. Buna qədər əkizlər düz 50 il növbəli şəkildə yatmağa məcbur olmuşdular.
Ronni və Donni Qelionlar 2020-ci ildə vəfat etdilər. Onlar verdikləri çoxsaylı müsahibələr zamanı heç vaxt qüsurlu doğulduqları üçün təəssüf etdiklərini demədilər.
Bu arada, Siam əkizlərinin ölməsi barədə də bir neçə söz demək yerinə düşər. Əkizlər həmişə deyirdilər ki, onlardan birinin xəstələnməsini digəri böyük faciə kimi qəbul edir. Çünki biri ölsə, digəri ondan bir gün sonra ölməyə məhkum olur. Canlı əkizin bədəninə yapışmış meyit digərini zəhərləyir. Bütün Siam əkizləri ömürlərini bu qorxu ilə keçirirlər. "Ona nəsə olsa, mən ölümə məhkumam".


01:03 / 05 Oktyabr 2026
536
01:01 / 05 Oktyabr 2026
66
00:56 / 05 Oktyabr 2026
76
00:51 / 05 Oktyabr 2026
76
00:50 / 05 Oktyabr 2026
6839
00:42 / 05 Oktyabr 2026
338
00:38 / 05 Oktyabr 2026
120
00:36 / 05 Oktyabr 2026
72
00:35 / 05 Oktyabr 2026
89
00:32 / 05 Oktyabr 2026
62
23:16 / 04 Oktyabr 2026
67
22:50 / 04 Oktyabr 2026
70
22:15 / 04 Oktyabr 2026
88
22:02 / 04 Oktyabr 2026
84
21:54 / 04 Oktyabr 2026
351
21:07 / 04 Oktyabr 2026
297
20:53 / 04 Oktyabr 2026
108
20:43 / 04 Oktyabr 2026
88
20:21 / 04 Oktyabr 2026
84
20:06 / 04 Oktyabr 2026
183
19:55 / 04 Oktyabr 2026
95
19:44 / 04 Oktyabr 2026
340
19:23 / 04 Oktyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.