Qaynar xətt:

(+99450) 247 90 86

Süni intellektlə hazırlanmış “COVID-19” dərmanının klinik sınaqları

Süni intellektlə hazırlanmış “COVID-19” dərmanının klinik sınaqları

CƏMİYYƏT

289

01.03.2023, 21:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Süni intellektlə hazırlanmış ilk yeni növ koronavirus (COVID-19) dərmanının insanlar üzərində klinik sınaqlarına başlanılıb.
 
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Honq-Konqda yerləşən “Insilico Medicine”-dan bu barədə məlumat yayılıb.
 
Bildirilib ki, ISM3312 terapevtik məhsulunun preklinik tədqiqatlarda viral yükü və ağciyərlərdə iltihabı “əhəmiyyətli dərəcədə azaltdığı”aşkar edilib.
 
Kanadalı alim Aleks Javoronkov açıqlamasında təsisçisi və top-meneceri olduğu şirkətin tibb sahəsində süni intellektlə işlədiyini bildirib.
 
Javoronkov İSM3312 terapevtik məhsulunun insanlar üzərində klinik sınaqlarının Çində başlayacağını bildirib.