5 oktyabr müəllim gününə aid ŞEİRLƏR
05 Oktyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
356
01.03.2023, 18:31
Alimlər müəyyən ediblər ki, müntəzəm aspirin istifadəsi xərçəngə tutulma riskini azalda bilər.
OXU24.COM xəbər verir ki, yumurtalıq xərçəngi qadınlar arasında ən çox yayılmış xərçəng növlərindən biridir. Hər il dünyada bu xəstəliklə bağlı çoxlu araşdırmalar aparılır. Bunlardan birini bu yaxınlarda avstraliyalı alimlər aparıb və müəyyən ediblər ki, aspirin qəbulu yumurtalıq xərçənginin inkişaf riskini azaldır. Araşdırmanın nəticələri "JAMA" elmi jurnalında dərc olunub.
Tədqiqatda müxtəlif xərçəng növlərindən əziyyət çəkən 4476 xəstə, həmçinin 6659 nəfərdən ibarət nəzarət qrupu iştirak edib. Tədqiqatçılar etnik mənsubiyyəti, diaqnoz qoyulma yaşı, xərçəng mərhələsi və histologiyanı nəzərə alıblar. Təhlil zamanı məlum olub ki, aspirindən tez-tez istifadə yumurtalıq xərçənginin inkişaf riskini 13% azaldır.
Məqalədə deyilir: "Daimi aspirin istifadəsi, genetik meylliliyin olub-olmamasından asılı olmayaraq, qadınlarda yumurtalıq xərçəngi riskini azaltmağa kömək edə bilər. Ümumilikdə, aspirin qəbul edən qadınların yumurtalıq xərçənginə tutulma riski 13% azdır".
Üstəlik, alimlər əmindirlər ki, xərçəngə genetik meyllilik aspirinin qoruyucu təsirini azaltmır. Aspirinin qadınlarda endometriozun gedişatını yüngülləşdirə biləcəyi də göstərilir.
Eyni zamanda unutmayın ki, həkim resepti olmadan dərmanların nəzarətsiz qəbulu qadağandır. Bildiyiniz kimi, aspirin bronxospazm, daxili qanaxma, qanda trombositlərin sayının azalması kimi bir çox əks təsirlərə malikdir.
01:03 / 05 Oktyabr 2026
666
01:01 / 05 Oktyabr 2026
79
00:56 / 05 Oktyabr 2026
83
00:51 / 05 Oktyabr 2026
85
00:50 / 05 Oktyabr 2026
7003
00:42 / 05 Oktyabr 2026
417
00:38 / 05 Oktyabr 2026
146
00:36 / 05 Oktyabr 2026
80
00:35 / 05 Oktyabr 2026
98
00:32 / 05 Oktyabr 2026
68
23:16 / 04 Oktyabr 2026
75
22:50 / 04 Oktyabr 2026
76
22:15 / 04 Oktyabr 2026
93
22:02 / 04 Oktyabr 2026
90
21:54 / 04 Oktyabr 2026
365
21:07 / 04 Oktyabr 2026
312
20:53 / 04 Oktyabr 2026
114
20:43 / 04 Oktyabr 2026
94
20:21 / 04 Oktyabr 2026
90
20:06 / 04 Oktyabr 2026
200
19:55 / 04 Oktyabr 2026
100
19:44 / 04 Oktyabr 2026
348
19:23 / 04 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.