Qaynar xətt:

(+99450) 247 90 86

“Qobustan Rayon Mərkəzi Xəstəxanası”ndakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

“Qobustan Rayon Mərkəzi Xəstəxanası”ndakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

CƏMİYYƏT

426

28.02.2023, 15:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Oxu24.com  xəbər verir ki, Qobustan rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, “Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Publik Hüquqi Şəxsin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.