Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83557
az

Rusiyaya gedənlər üçün vacib xəbər: Qaydalar dəyişir

11:3028 Fevral, 2023
1181
CƏMİYYƏT
  • A
Əcnəbilərin Rusiyada qısamüddətli qalma müddəti təqvim ili ərzində 90 günlə məhdudlaşdırıla bilər. Oxu24.com xəbər verir ki, bu barədə TASS-a qurumun müvafiq sorğusuna cavab olaraq Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib. "Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasına giriş (çıxış) və qalma (yaşayış) şərtləri haqqında" federal qanun layihəsi xarici vətəndaşların Rusiya ərazisində qısamüddətli qalmasının təqvim ili ərzində 90 gün müddətinin müəyyən edilməsini nəzərdə tutur”, - agentliyin həmsöhbəti bildirib. Daxili İşlər Nazirliyi qeyd edib ki, uzunmüddətli qalmaq hüququ olan əcnəbilər (tələbələr, əmək miqrantları) üçün qalma müddəti belə hüququn əldə edilməsinin əsaslarından asılı olaraq müəyyən ediləcək. Mövcud qanunvericiliyə görə, Rusiyaya viza tələb etməyən qaydada gələn əcnəbi vətəndaşların ölkədə müvəqqəti qalma müddəti hər 180 gün (altı ay) ərzində ümumilikdə 90 gündən çox ola bilməz. Bu kateqoriyadan olan əcnəbilərin Rusiyada daimi müvəqqəti qalma müddəti də 90 gündən çox ola bilməz. Miri Məcidli Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayram Yusifov şəhidimizin doğum gününə həsr olunmuş tədbirdə iştirak edib
Sənədsiz evlərlə bağlı AÇIQLAMA
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı