Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda zibil qutularının qapaqları oğurlanıb

Bakıda zibil qutularının qapaqları oğurlanıb

CƏMİYYƏT

336

28.02.2023, 11:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda zibil qutularının qapaqları oğurlanıb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, Xətai rayonunun Y.Səfərov küçəsində yerləşən parkda məişət tullantıları üçün nəzərdə tutulan 21 qutunun qapaqlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Müşfiq İsgəndərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.