Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83552
az

Sergey Lavrov Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

10:5528 Fevral, 2023
163
CƏMİYYƏT
  • A
Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb. Oxu24.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında yazıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. S.Lavrov həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayram Yusifov şəhidimizin doğum gününə həsr olunmuş tədbirdə iştirak edib
Sənədsiz evlərlə bağlı AÇIQLAMA
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı