Qaynar xətt:

(+99450) 247 90 86

Qəhrəman Əliyev vəfat etdi

Qəhrəman Əliyev vəfat etdi

CƏMİYYƏT

332

26.02.2023, 18:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın təcrübəli futbol mütəxəssislərindən olan Qəhrəman Əliyev dünyasını dəyişib. 

OXU24.COM  fanat.az-a istinadla xəbər verir ki, uzun müddətdir ağır xəstə olan veteran futbolçu 63 yaşlı mütəxəssis vəfat edib. 

2020-ci ildə koronavirusa yoluxan Əliyev daha sonra komaya düşmüşdü.

Qeyd edək ki, Qəhrəman Əliyev "Viləş" (Masallı), "Şəmkir" komandalarında baş məşqçi, "Bakı" klubunda isə köməkçi məşqçi vəzifəsində çalışıb. O, vaxtilə "Viləş"i iki dəfə UEFA İntertoto Kubokuna çıxarıb. Həmçinin "Şəmkir"i çempion edib.

Bundan başqa, "Masallı"nı Premyer Liqaya yüksəldib. "Bakı"nın əvəzedici heyətinə və U-19 komandasına Azərbaycan çempionatının qızıl medallarını qazandıırıb.