Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83457
az

DİQQƏT! Uşağınızda bu problemlər varsa, MÜTLƏQ həkimə müraciət edin - Əks halda..

20:3825 Fevral, 2023
184
CƏMİYYƏT
  • A

Səhiyyə Nazirliyinin mütəxəssis-esperti, həkim-pediatr Tərlan Əyyubov: Uşaqlarda yuxarı tənəffüs yollarının infeksion-iltihabı xəstəlikləri zamanı qulaq ağrıları daha çox müşahidə edilir

OXU24.COM Musavat.com-a istinadən həkim Tərlan Əyyubovun müsahibəsini təqdim edir:

- Tərlan müəllim, ilk öncə bilmək istərdik ki, körpələrin su rejimi necə olmalıdır?

- Əvvəla qeyd etmək istəyirəm ki, 1 yaşadək uşaqların suya olan tələbatları böyüklərdəki kimi deyil. Belə ki, suyun artıq verilməsi bu yaş qrupunda olan uşaqlara müəyyən problemlərə gətirib çıxara bilər. Körpələrin suya qarşı olan tələbatı bu yaş qrupunda ana südü və ya süni qida ilə tam qarşılanır. Çünki ana südünün və ya süni qidanın demək olar ki, təqribən 90%-i sudur və onlar həm qidaya, həm də suya olan tələbatı tam ödəmək iqtidarındadırlar. Bu nöqteyi nəzərdən də Ümumdünya Səhiyyə Təşkilatı istər təbii qidalanmada, istərsə də süni qidalanmada olan 6 ayadək uşaqlara su verilməsini məsləhət görmür.

6 aydan bir yaşadək uşaqlarda isə az-az olmaqla gün ərzində 60-100 ml qədər su verilə bilər. Bu suyun qidalardan əvvəl yox, sonra verilməsi məsləhətdir.

Bu yaşda əlavə su verilməsi sutkalıq qəbul olunmalı südün miqdarını azalda bilər, çünki mədə dolacaq, iştah azalacaq, nəticədə uşaq süd və ya süni qidanı qəbul etməyəcək və sonda böyümə üçün lazımi kalori və qida maddələrini almadığı üçün kütlə və vitamin, mineral defisiti yarana bilər və ya inkişafı yavaşlayar.

- Hansı faktorlar uşaqlarda bağırsağın motor funksiyasını pozur və qəbizliyə gətirib çıxarır?

- Aşağıda qeyd olunanlar qəbizliyi yaradan səbəblərə aiddir:

Qida rasionunun dəyişməsi. Bu bir çox hallarda 1 yaşadək uşaqların rasionuna yeni qidaların daxil olunması zamanı baş verir;

Rasionada asan həzm olunan şəkərlərin (şirniyyatlar, ağ çörək, şirələr, kompotlar, bişmişlər, un, xəmir məmulatları və s.) çox olması, qida liflərinin (meyvə, tərəvəz, göyərti və s.) az olması;

Kifayət qədər suyun qəbul edilməməsi də qəbizliyə gətirən amillərdən hesab olunur. Orqanizmdə su çatışmadıqda bədənimiz bağırsaq daxilindən onu sovurur və bu nəcis kütlələrinin özlülüyünün artmasına gətirir. Xüsusən çox tərləyən uşaqlar daha çox su içməlidirlər ki, orqanizmin su balansı pozulmasın;

Mexaniki bağırsaq keçməzliyi. Bura bağırsaqların bir-birinə dolaşması, törəmələr, qurd invaziyaları, bağırsaq daxili yad maddələr aid edilə bilər;

Bəzi dərman maddələri bağırsaq peristaltikasını ləngidə bilər. Xüsusən də qəbizliyi olanlarda ağırlaşmaların olmaması üçün həkimlər bəzən əlavə tədbirlər kimi nəcis kütlələrini yumşaldan vasitələrdən istifadə edirlər;
Bəzi endokrin, elektrolit, maddələr mübadiləsi pozğunluqları da qəbizliyin yaranmasına səbəb olur.

- Uşaqlarda qulaq ağrısının yaranma səbəbləri və otitin fəsadlarına nələr daxildir?

- Qulaq ağrıları pediatriyada tez-tez rast gəlinən bir problemdir. Bu ağrılar həm travmalar, həm otitlər, həm gigiyenik qaydalara düzgün əməl olunmaması ilə qulaqda yad cisimlər və s. ilə əlaqədar ola bilər. Məsələn, uşağın qulağına xırda əşyaların salması və ya valideynlərin qulağı düzgün təmizləməməsi xarici qulaq keçəcəyinə travmalar törədə bilər. Xarici qulaq keçəcəyində yad cisim və ya "qulaq kirinin" keçəcəyi tutması nəticəsində daxili qulaq və xarici mühit arasında təzyiqlər fərqinin yaranması təbil pərdəsinin gərginləşməsinə və ağrının yaranmasına səbəb ola bilər. Bundan başqa, həm xarici qulaq keçəcəyində (karbunkul, furunkul və s), həm orta qulaqda olan iltihabi proseslər (orta otit), ağrının yaranmasına səbəb ola bilər.

Uşaqlarda yuxarı tənəffüs yollarının infeksion-iltihabı xəstəlikləri (qrip və qripəbənzər hallar) zamanı qulaq ağrıları daha çox müşahidə edilir. Bu, uşaqlarda burun-boğazın anatomik quruluşu ilə əlaqədardır. Belə ki, daxili qulağı burun-udlaqla birləşdirən yevstax borusu uşaqlarda üfüqi, geniş, qısa, böyüklərdə isə bir qədər şaquli, dar, uzun olur. Buna görə də burun-udlaqdan infeksiyanın orta qulağa keçib orta otit yaratma ehtimalı uşaqlarda daha çox olur. Bundan başqa burun-udlaqda olan iltihabi proses zamanı yevstax borusu ödəmlə əlaqədar tutula bilər və nəticədə həm qulaq ağrısı, həm effuzion otit (orta qulağa maye yığılması) yarana bilər.

Orta otitlər vaxtında müalicə olunmadıqda meningit, təbil pərdəsinin deşilməsi və digər eşitmə pozğunluqlarına, daxili qulağın iltihabına - labirintitə (qusma, ürəkbulanma, başhərlənmə, karlıq və s. ilə səciyyələnir), mastoiditlərə, beyin abseslərinə, sepsisə gətirib çıxara bilər. Nəzərə alsaq ki, uşaqların böyüməsində, inkişafında eşitmənin rolu böyükdür, bu problemlər nəticədə nitqin inkişafına və intellektin formalaşmasına da mənfi təsir göstərə bilər.

- Körpələrdə göbək yarasının tez sağalması üçün valideynlərə məsləhətiniz nə olardı?

- Təəssüf ki, hələ də bəzi həkimlər yenidoğulmuşlarda göbək güdülünün qulluğu üçün spirt məhlullarından, müxtəlif antiseptiklərdən istifadə edirlər. Bu tip vasitələrin istifadə olunması göbəyin sağalmasını uzadır. Belə ki, bir çox statistik araşdırmalar göstərir ki, məhz brilliant yaşılı, spirt məhlulu, xlorheksidin istifadəsi zamanı göbəyin düşməsi 10-12 günədək uzanır. Ancaq bütün dünyada hazırda təbliğ edilən metod olan "quru qulluq" zamanı isə bu statistik göstərici 5-6 gündür.

"Quru qulluq" nədir? Bu metodda valideynə başa salınır ki, göbəyi daima quru və təmiz saxlamaq lazımdır və heç bir vasitə ora vurmamalıdır. Əgər göbək nəcis və ya sidiklə çirklənərsə, onda axar su ilə onu təmizləyib, sonra isə tam qurutmağı məsləhət görülür. Kontaminasiyanı azaltmaq, travma riskini minimum etmək üçün isə geyilən pampersin göbək hissəsinin qatlanması məsləhət olunur.

Əgər valideynlər gigiyenik qaydalara əməl edirlərsə, "quru qulluq" zamanı göbək daha tez sağalacaq. Ancaq bəzən olur ki, həyat şəraitindən, uşağın yaşadığı mühitin gigiyenasindan, valideynlərin uşağa qulluğundan asılı olaraq göbəkdə ikincili infeksiyalaşma əmələ gəlir. Bu zaman isə biz antiseptiklərdən və antibakterial vasitələrdən istifadə edə bilərik.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəhbər olmaq istəyənlərin NƏZƏRİNƏ
Bu gün Bakıya sulu qar yağacaq -PROQNOZ
Tənhalığın gözlənilməz TƏHLÜKƏSİ -Bu vəziyyətə düşmə ehtimalı çoxdur

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video