Dövlət sərhədindən narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
05 Oktyabr 2026, 14:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
360
23.02.2023, 21:38
Gəncə Ağır Cinayətlər Məhkəməsində 2021-ci ilin 8 oktyabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin Goranboyda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ziyad Əhmədovu qətlə yetirən 1992-ci il təvəllüdlü Mirhadı Tağıyevin məhkəməsi başa çatıb.
OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, fevralın 20-də məhkəmədə direktoru kabinetində qətlə yetirən həmin idarənin mühasibi-baş məsləhətçi M.Tağıyevə hökm oxunub.
M.Tağıyev Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib və ona 10 il 6 ay müddətinə həbs cəzası verilib.
Məhkəmə araşdırmaları zamanı məlum olub ki, hadisədən bir neçə ay əvvəl həmin quruma mühasib vəzifəsinə təyin edilən Mirhadı vəzifəsinə səhlənkar yanaşıb və mütəmadi olaraq işdən yayınıb.
İttiham aktında qeyd edilib ki, DAİM-in rəhbəri Z.Əhmədov M.Tağıyevə sənədlərin tərtibatında yol verdiyi nöqsanlara görə mütəmadi iradlar bildirib. Həmçinin xidməti fəaliyyətinə aid olmayan işlərin görülməsinə cəlb edilməsi ilə bağlı onların aralarında mübahisələr baş verib. Son olaraq 8 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində M.Tağıyevlə direktor arasında "Müştəribank" tətbiqinin şifrəsinə görə mübahisə yaşanıb. Bundan əsəbiləşən gənc mühasib iş yerini tərk edərək evə gedib. Həmin gün saat 13 radələrində Mirhadının atası Mirtağı Bağırov oğluna zəng edərək iş yerini tərk etdiyi üçün onu danlayıb və Ziyad Əhmədovun onu iş yerində gözlədiyini bildirib. Bundan sonra Mirtağı mağazadan bıçaq alaraq işlədiyi idarəyə gedib və binanın 2-ci mərtəbəsinə qalxaraq direktorun kabinetinə daxil olub və onu qətlə yetirib.
Qeyd edək ki, Mirhadının atası Mirtağı Bağırov polis polkovnik-leytenantıdır. Mirtağı Bağırov uzun müddət Goranboy Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsini tutub, bir müddət rəis vəzifəsini də icra edib.
14:34 / 05 Oktyabr 2026
9
14:27 / 05 Oktyabr 2026
20
14:19 / 05 Oktyabr 2026
48
14:09 / 05 Oktyabr 2026
45
13:58 / 05 Oktyabr 2026
103
13:56 / 05 Oktyabr 2026
60
13:53 / 05 Oktyabr 2026
74
13:51 / 05 Oktyabr 2026
58
13:49 / 05 Oktyabr 2026
59
13:45 / 05 Oktyabr 2026
53
13:35 / 05 Oktyabr 2026
73
13:14 / 05 Oktyabr 2026
61
13:09 / 05 Oktyabr 2026
95
13:07 / 05 Oktyabr 2026
114
13:03 / 05 Oktyabr 2026
90
12:54 / 05 Oktyabr 2026
1323
12:51 / 05 Oktyabr 2026
906
12:48 / 05 Oktyabr 2026
55
12:45 / 05 Oktyabr 2026
133
12:45 / 05 Oktyabr 2026
59
12:34 / 05 Oktyabr 2026
2671
12:23 / 05 Oktyabr 2026
405
12:21 / 05 Oktyabr 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.