Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
05 Oktyabr 2026, 15:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
408
23.02.2023, 12:10
Xəbər verdiyimiz kimi, Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Yeni qərarla xüsusi karantin rejiminin müddəti 1 may tarixinədək uzadılıb.
Bəs belə olan halda, quru sərhədləri nə vaxt açıla bilər? Qarşıdakı aylarda bununla bağlı qərar verilə bilərmi?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev AZXEBER.COM-a fikirlərini bildirib.
Deputat deyib ki, əgər yoluxma artmasa, yaz-yay aylarında quru sərhədlərinin açılması mümkün olacaq:
"Yoluxmalar artmasa, yaz-yay aylarında quru sərhədlərin açılması mümkündür. İnanıram ki, hökümət də, dövlət də bunun fərqindədir. Azərbaycanın iqtisadiyyatı üçün də, vətəndaşların rahatlığı üçün də bu, çox vacibdir”.
R.Nurullayev qeyd edib ki, hökümət vətəndaşların sağlamlığını da düşünürək qərarlar verir: "Digər bir tərəfdən isə, dövlətin, hökümətin üzərində vətəndaşların sağlamlığını qorumaq kimi bir yük də var. Ona görə də, əgər yoluxmalar yenidən artmayacaqsa, dünyada gedən proseslərin Azərbaycana mənfi təsiri olmayacaqsa, o zaman mən bunun açılmasını mümkün sayıram”.
Deputat bildirib ki, ehtiyac yarandıqda hansısa müvəqqəti qərarlar da verilə bilər:
"Yaxşı olardı ki, hökümət düşünsün ki, bəzi istisna hallarda vətəndaşların ölkəyə gətirilməsi üçün müvəqqəti olaraq sərhədlərin açılması təşkil edilsin. Bu gün Türkiyədə də bizim nə qədər tələbələrimiz baha bilet səbəbindən Azərbaycana dönə bilmir, onların da ölkəyə quru sərhədlər vasitəsilə gətirilməsi mümkündür. Onun üçün də müəyyən istisna hallarda, belə fövqəl hallarda, ehtiyac yarandıqda qanunvericiliyə dəyişiklik edərək quru sərhədlərin açılması və insanlarımızın ölkəyə gətirilməsinin də mümkünlüyü öz əksini tapmalıdır”.
15:32 / 05 Oktyabr 2026
24
15:31 / 05 Oktyabr 2026
28
15:25 / 05 Oktyabr 2026
27
15:18 / 05 Oktyabr 2026
45
15:15 / 05 Oktyabr 2026
40
15:11 / 05 Oktyabr 2026
288
15:00 / 05 Oktyabr 2026
48
14:55 / 05 Oktyabr 2026
50
14:34 / 05 Oktyabr 2026
91
14:27 / 05 Oktyabr 2026
56
14:19 / 05 Oktyabr 2026
93
14:09 / 05 Oktyabr 2026
72
13:58 / 05 Oktyabr 2026
144
13:56 / 05 Oktyabr 2026
96
13:53 / 05 Oktyabr 2026
146
13:51 / 05 Oktyabr 2026
81
13:49 / 05 Oktyabr 2026
77
13:45 / 05 Oktyabr 2026
66
13:35 / 05 Oktyabr 2026
88
13:14 / 05 Oktyabr 2026
70
13:09 / 05 Oktyabr 2026
104
13:07 / 05 Oktyabr 2026
222
13:03 / 05 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.