Qaynar xətt:

(+99450) 247 90 86

160-dan çox hakimə rəsmi xəbərdarlıq edilib

160-dan çox hakimə rəsmi xəbərdarlıq edilib

CƏMİYYƏT

272

22.02.2023, 20:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən il korrupsiyaya şərait yaradan hallara və digər pozuntulara görə 1 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 nəfər tutduğu vəzifədən azad olunub.

“OXU24.COM ” xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurasının iclasında bildirilib.

Bundan başqa, vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verdiklərinə görə ötən il 160-dan çox hakimə rəsmi xəbərdarlıq edilib.

2022-ci ildə Məhkəmə Hüquq Şurası tərəfindən 4 hakimin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq səlahiyyətlərinə vaxtından əvvəl xitam edilib. Bildirilib ki, 9 hakimə işində dönüş yaratmaları üçün 6 ay vaxt verilib.5