Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda cinayət törədənlərin çoxu işsizlərdir - Rəsmi

Azərbaycanda cinayət törədənlərin çoxu işsizlərdir - Rəsmi

CƏMİYYƏT

364

22.02.2023, 14:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
2022-ci ildə ölkədə qeydə alınmış 36494 cinayət hadisəsinin 10665-i və ya 29,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2021-ci ilin göstəricisindən 24,4 faiz çoxdur.
 
Bu barədə Oxu24.com-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
 
Bildirilib ki, hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 8587 şəxs müəyyən edilib ki, onların da 34,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by
5
Reklamınızı SmartBee ilə effektiv edin.
 
Cinayət törətmiş şəxslərin 98,9 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,1 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.  
 
Cinayət törətmiş şəxslərin 72,8 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,7 faizini qadınlar təşkil edib. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 7,0 faizi 18-24 yaşlı, 16,7 faizi 25-29 yaşlı gənclər, 76,1 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.
 
Bununla yanaşı, 2022-ci il ərzində sözügedən məsələ ilə bağlı inzibati xəta törətmiş  2017 nəfər inzibati məsuliyyətə cəlb olunmuşdur ki, bu da əvvəlki ilin göstəricisindən 29,8 faiz çoxdur.