Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83135
az

İtkin düşən qadının meyiti tapıldı

19:1521 Fevral, 2023
130
CƏMİYYƏT
  • A

Tovuzda 60 yaşlı qadının meyiti kənd ərazisindəki dərədən tapılıb.

Hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Kənd sakini Valya Hüseynovanın cansız bədəni kənd sakinləri tərəfindən aşkarlanıb.

Mərhumun ailə üzvləri bildiriblər ki, qadın üç gün idi evdən çıxmış və geri qayıtmamışdı. Onun itkin düşməsi ilə bağlı polisə də məlumat verilib.

Hadisə yerinə Tovuz rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan arxivindən şok sənəd - FOTO
Kupman Azərbaycana gələcək
Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO