Bu 4 bürcün bəxti həmişə gətirir
05 Oktyabr 2026, 22:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
325
20.02.2023, 10:52
Son aylarda həmkarlarımızın istehsal etdiyi yeni filmlərimizə marağınız və rəğbətiniz bizi stimullaşdırır, sevindirir, yeni-yeni işlər görməyə sövq edir. Obyektivliyiniz, tərifləriniz və tənqidləriniz üçün çox sağ olun. Amma müəllifi olduğum ekran işlərini bənzətmədə, plagiatlıqda ittiham etmək nadanlıq və sayğısızlıqdır".
OXU24.COM Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri sosial şəbəkədə müzakirə olunan "Əqrəb mövsümü" serialının aktyoru və ssenaristi Azər Aydəmir feysbuk səhifəsində yazıb. O, ekran işinin türk kinematoqrafiyası ilə əlaqəli olmadığını bildirib:
"Bəli, hər bir yazar, ssenarist, kinematoqrafist ömürboyu təsiri olduğu əsərlərdən ilhamlana bilər. Bu sözü lütfən yadda saxlayın. Sözsüz, mən də ilhamlanan adamam. Yazdıqlarımın yaxından, uzaqdan türk kinematoqrafiyası və ədəbiyyatı ilə əlaqəsi yoxdur. Ola bilməz və heç vaxt olmayacaq.
Türk kinematoqrafı bildiyiniz kimi 99,9 % etibarı ilə remeyklər çəkir. Siz indi həmin filmlərin orijinallarına baxmırsız və baxmamısınızsa, burada qədim tarixi və siması olan Azərbaycan kino yaradıcılığının və şəxsən mənim günahım yoxdur.
"Əqrəb mövsümü"nün yazılmasında ilham mənbəyi olaraq aşağıdakı filmlər qərar almışdır: Əvvəla film "Əqrəb" romanının motivləri əsasında (Ceyhun Hidayətli) senarilişdirilib. Yazı prosesində isə "Seven", "Mindhunter", "True detective", "The bone collector", "Ressurection", "Primal fear" flmləri ilham mənbəyim olub".
Qeyd edək ki, ekran işinin rejissoru Emil Quliyevdir. Serialda Hikmət Rəhimov, Azər Aydəmir, Elşən Rüstəmov və başqaları rol alıblar
22:02 / 05 Oktyabr 2026
9
21:57 / 05 Oktyabr 2026
34
21:53 / 05 Oktyabr 2026
46
21:50 / 05 Oktyabr 2026
3465
21:45 / 05 Oktyabr 2026
1473
21:40 / 05 Oktyabr 2026
37
21:37 / 05 Oktyabr 2026
41
21:26 / 05 Oktyabr 2026
41
21:18 / 05 Oktyabr 2026
53
21:11 / 05 Oktyabr 2026
48
21:05 / 05 Oktyabr 2026
63
20:59 / 05 Oktyabr 2026
78
20:53 / 05 Oktyabr 2026
62
20:50 / 05 Oktyabr 2026
80
20:47 / 05 Oktyabr 2026
535
20:41 / 05 Oktyabr 2026
61
20:15 / 05 Oktyabr 2026
70
19:54 / 05 Oktyabr 2026
93
19:49 / 05 Oktyabr 2026
89
19:34 / 05 Oktyabr 2026
195
19:20 / 05 Oktyabr 2026
75
19:03 / 05 Oktyabr 2026
97
19:00 / 05 Oktyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.