Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82956
az

Mədə və onikibarmağın xora xəstəliyində ağrıların kliniki şəkli

08:1718 Fevral, 2023
114
CƏMİYYƏT
  • A

Xora xəstəliyinin kliniki şəkli böyük polimorfizmlə xarakterizə olunur. Bu zaman ağrılar aşağıdakılardan asılı olur:
- xora deffektinin lokalizasiyasından
- xoranın ölçüsündən
- xoranın dərinliyindən
- mədənin sekretor funksiyasından
- xəstənin yaşından.
Xəstəliyin əsas simptomu sayılan ağrılar bir qayda olaraq ağrıların əmələgəlmə ritmi, qida qəbulu ilə bağlılığı və özünəməxsus zamanı var. Ağrılar 3 cür qeyd olunur, erkən, gecikmiş və s.
Erkən ağrılar.
Bu zaman ağrılar yemək qəbulundan 0,5 - 1 saat sonra meydana çıxır, intensivliyi tədricən artır, 2 saata yaxın saxlanılır, mədə möhtəviyyatının onikibarmaq bağırsağa evakuasiyasına uyğun olaraq itir. Erkən ağrılar mədə cisminin xorası üçün xarakterikdir. Mədənin kardial, subkardial və fundal şöbələrinin zədələnmələrində ağrı hissi qida qəbulundan sonra keçir.
Gecikmiş ağrılar.
Bu ağrılar qida qəbulundan sonra 1,5 - 2 saat sonra keçdikdə əmələ gəlir. Möhtəviyyat mədədən evakuasiya etdikcə tədricən güclənir. Bunlar mədənin pilorik şöbəsinin və onikibarmaq soğanağının xorası üçün xarakterikdir.
Ac (gecə) ağrılar.
Bu ağrılar yeməkdən 2,5 - 3 saat sonra əmələ gəlir və növbəti qida qəbulundan sonra yox olub itir. Bu ağrılar onikibarmaq xorası və mədənin pilorik hissəsinin xorası üçün xarakterikdir.
Erkən və gecikmiş ağrıların müştərək olması mədə və onikbarmaq bağırsağın müştərək və ya çoxsaylı xoralarında müşahidə edilir.
Ağrılar deşici, kəsici, burucu və ya küt ola bilir. Ağrıların dərəcəsi fəsadların olmasından asılıdır. Mədə və onikibarmağın xora xəstəliyində ağrıların lokalizasiyası, yara deffektinin yerləşməsindən asılıdır. Soğanaqdan kənar ağrılar zamanı onurğa və ya sağ kürəkaltı nahiyyədə ağrılar müşahidə edilə bilir. Bir çox xəstələrdə ağrılar müxtəlif nahiyyələrə irradiasiya edə bilir. Bu nahiyyələrə perikardial sahə, sol kürək, onurğanın döş qəfəsi, kürəkarası sahə və s. aiddir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qarpızı xarab olmamaq üçün belə saxlayın
“İqlim dəyişikliyi sərhəd tanımır"
Azərbaycana gələn yüklərin qiyməti ARTA BİLƏR -VİDEO

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri -Ajiotajın səbəbi tapıldı

18+

Hadisənin 18+ görüntüləri yayıldı
Çimərliyə raket düşdü - DƏHŞƏTLİ VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Kralın atı qadını ölümcül etdi