Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82907
az

Qaz kəsildi

13:4717 Fevral, 2023
110
CƏMİYYƏT
  • A

Bu gün səhər saat 10:00-dan etibarən Sumqayıt şəhərinin və Abşeron rayonunun bəzi qəsəbələrində təbii qaz verilişi dayandırılıb.

Oxu24.com  xəbər verir ki, artıq bununla bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) Sumqayıt Qaz İstismarı Sahəsindən (QİS) abonentlərə xəbərdarlıq edilib.

Xəbərdarlıqda deyilir ki, fasilə Sumqayıtın Çerkassi küçəsində yeraltı orta təzyiqli D530 mm-lik qaz kəmərində sızmanın aradar qaldırılması məqsədi ilə baş verəcək.

Sumqayıt QİS-in Qəza xidməti tərəfindən işlər tamamlanana qədər Novruz, Təzə və Köhnə Corat qəsəbələri, Yaşıldǝrǝ yaşayış massivi, Novxanı, Qurddərasi, Metallurq, Corat və Saray bağları, 47, 48, 49, 50, 51, 52-ci məhəllələr, 12, 13, 16 17, 18, 20 və 21-ci mikrorayonlarda yaşayan abonentlərin qaz təchizatı dayandırılacaq.

Qurum müvəqqəti narahatçılığa görə əhalidən üzr istəyir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əfqan Baxışova VƏZİFƏ VERİLDİ
Əhalinin yeni sayı açıqlandı
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib