Doğum tarixinizə görə 2027-ci il sizin üçün BELƏ KEÇƏCƏK
05 Oktyabr 2026, 23:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
428
16.02.2023, 21:10
Xərçəng şişi yaradan bu dərman hələ də Azərbaycanda satılır - Professordan ŞOK AÇIQLAMA
"Ümumiyyətlə, bununla bağlı məlumatlar təsdiq olunduğundan preparatın tətbiqini birinci Dünya Səhiyyə Təşkilatı qadağan etməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Böyük Britaniyanın "Glaxo" şirkətinin istehsalı olan və mədə yarası xəstəliklərində istifadə edilən "Zantac" dərmanının tərkibində kanserogen olması və bunu bilə-bilə bu haqda heç bir məlumat verməməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Professorun sözlərinə görə, yalnız bundan sonra sözügedən məsələnin hüquqi tərəflərinə baxıla bilər.
Adil Qeybulla bildirib ki, 2019-cu ildə preparatın xərcəng şişi törətməsi ilə bağlı məlumatlar yayılandan sonra artıq həyacan təbili çalınmağa başlayıb:
"Onun bir analoqu da "Simetidin", "Famotidin"dir. Bu preparatlar mədə xorasının müalicəsində, hiperasit qastridlərdə, ümumiyyətlə, aşırı turşuluqdan baş verən mədə patalogiyalarında istifadə olunan qiymətli dərman preparatı idi. Bu təsirə görə bütün həkimlər ondan uğurla istifadə edirdilər. Ondan sonra "Proton" pombasın blakatorları tətbiq edilməyə başladı və nəticədə bu dərmanların tətbiqi azaldı. Amma bu gün də praktikada həmin dərmanların tətbiqi var”.
"Zantac" mədə turşusu istehsalını azaldan bir dərmandır. Ümumiyyətlə, mədə xorası və GERD xəstəliyini müalicə etmək üçün qəbul edilir. 13 sentyabr 2019-cu il tarixində ABŞ Qida və Dərman İdarəsi (FDA) bəyanat yayaraq, "Zantac" da daxil olmaqla bəzi ranitidin dərmanlarında N-nitrosodimethylamine (NDMA) adında bir nitrosamin safsızlığının olduğunu elan edərək dərman mağazalarında bütün ranitidin məhsullarının satışını dayandırıb. 1 aprel 2020-ci ildə FDA dərman istehsalçılarından ranitidinin bütün növlərini ABŞ bazarından çıxarmasını istəyib.
"Bəs, istifadəsi qadağan olunun bu dərman preparatı Azərbaycanda da istifadə olunubmu? Ümumiyyətlə, bu dərmanlar hazırda Azərbaycanda satışda varmı", sualına Adil Qeybullanın cavabı "bəli" olub.
Xatırladaq ki, bu dərmanın Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri siyahısında qiyməti belədir: ZANTAK RANITIDINE 150 mq Tablet Blister N20, Çin istehsalı 6,95, ZANTAK RANITIDINE 25 mq/ml İnyeksiya üçün məhlul, Ampul 2 ml N5, İtaliya istehsalı 6,45.
Qeyd edək ki, "Bloomberg"in məlumatına görə, mədə xorası və yanmasına qarşı olan "Zantac" dərmanını istehsal edən Britaniya şirkəti "Glaxo" dərmanın kanserogen olduğunu bildiyi halda bu barədə məlumat verməyib və bazardan çıxarmayıb. Dərman qəbul edərkən xərçəng riskinin artması haqda məlumat yalnız 2019-cu ildən geniş yayılmağa başlayıb.
23:49 / 05 Oktyabr 2026
81
23:42 / 05 Oktyabr 2026
38
23:42 / 05 Oktyabr 2026
79
23:32 / 05 Oktyabr 2026
77
23:22 / 05 Oktyabr 2026
75
22:49 / 05 Oktyabr 2026
74
22:33 / 05 Oktyabr 2026
105
22:23 / 05 Oktyabr 2026
96
22:09 / 05 Oktyabr 2026
105
22:02 / 05 Oktyabr 2026
116
21:57 / 05 Oktyabr 2026
87
21:53 / 05 Oktyabr 2026
269
21:50 / 05 Oktyabr 2026
3879
21:45 / 05 Oktyabr 2026
2368
21:40 / 05 Oktyabr 2026
77
21:37 / 05 Oktyabr 2026
70
21:26 / 05 Oktyabr 2026
72
21:18 / 05 Oktyabr 2026
78
21:11 / 05 Oktyabr 2026
71
21:05 / 05 Oktyabr 2026
97
20:59 / 05 Oktyabr 2026
112
20:53 / 05 Oktyabr 2026
97
20:50 / 05 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.