Qaynar xətt:

(+99450) 247 90 86

Yumurta qaynatdığınız suyu atmayın - Faydalıdır

Yumurta qaynatdığınız suyu atmayın - Faydalıdır

CƏMİYYƏT

386

16.02.2023, 16:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əgər bu günə qədər içərisində yumurta qaynatdığınız suyu atırdınızsa, deməli səhvə yol vermisiniz.

OXU24.COM xarici mediaya istinadən xəbər verir ki, yumurta qabığının 90 faizi kalsium karbonatdan ibarətdir. Üstəlik, yumurta qabığında mis, ftor, dəmir, manqan, molibden, fosfor, kükürd, sink, silisium və bir çox digər vacib mikroelementlər var.
Yumurta bişirərkən həmin mikroelementlər qaynadığı suya qarışır. Mütəxəssislərin fikrinə görə, bişmiş yumurtanın qabıqlarını əzib toz halına salmaq və ağacların dibinə tökmək faydalıdır. Həmçinin yumurta qaynadılmış suyu da soyutduqdan sonra otaq bitkilərinizin və ya ağacların dibinə tökməklə onların daha da boy atmasına kömək etmiş olarsınız.