Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82803
az

Bir azərbaycanlı hələ də dağıntılar altındadır - Həmin şəxs qadındır

19:5015 Fevral, 2023
162
CƏMİYYƏT
  • A

Kahramanmaraşda dağıntılar altında qalan Azərbaycan vətəndaşı var.

OXU24.COM  xəbər verir ki, bunu APA-ya açıqlamasında Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli deyib.

O bildirib ki, şəhərin mərkəzində və Elbistan deyilən rayonda iki nəfərin cəsədi tapılıb:

"Onların cənazəsi Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizə göndərilib. Hələ bir vətəndaşımız da dağıntılar altından çıxarılmayıb. Qızı ilə danışdım, Lida Qocayevə adlı qadındır. Ailə üzvləri də hazırda burdadır, onun axtarışları davam edir".

Həmran Əmirli qeyd edib ki, ümumilikdə Kahramanmaraşda 50-60-a yaxın azərbaycanlı tələbə, 10 yaxın ailə olub: "Zəlzələdən sonra onların hər biri ilə əlaqə saxlanılıb. Tələbələr və bəzi ailələr səfirliyimiz tərəfindən Kahramanmaraşdan təxliyə edilib".

Azərbaycanlı müəllim deyib ki, Kahramanmaraş Sütçü İmam Universitetinin tələbəsi Göyçək Baxşəliyeva dağıntıya məruz qalmış binanın altından 30 saatdan sonra sağ çıxarılıb, təcili olaraq xəstəxanaya aparılıb:

"Onun da müalicəsi şəhərdə olan xəstəxanaların birində davam etdirilir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda aktyor vəfat etdi - Foto
Əsədin həyat yoldaşı Rusiyada xərçəngdən müalicə alır
Günəşdə güclü partlayışlar oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ