Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82735
az

Tələbələrin nəşinin verilməsi bir neçə gün çəkəcək

08:3915 Fevral, 2023
282
CƏMİYYƏT
  • A
Türkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrin meyitləri tibbi ekspertizadan sonra ailələrinə təhvil veriləcək. Bu barədə “Report”a Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır bildirib. O, qeyd edib ki, hazırda gənclərin nəşi Malatya Prokurorluğunun nəzarəti altında tibbi ekspertizaya aparılıb. Proses bir neçə gün davam edəcək. Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra dünən tapılıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub. İki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir. Zəlzələlər həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
Qışda bu səhvlərə yol verməyin: insult riski var

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ