Qaynar xətt:

(+99450) 247 90 86

Naxçıvan hava limanında əməliyyat: Saxlanılan var

Naxçıvan hava limanında əməliyyat: Saxlanılan var

CƏMİYYƏT

281

14.02.2023, 19:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Naxçıvanda hava limanında əməliyyat keçirilib.

 

OXU24.COM  xəbər verir ki, Muxtar Respublikanın Daxili İşlər Nazirliyindən lent.az-a verilən məlumata görə, Culfa Rayon Polis Şöbəsinin əməkdaşları Şərur rayon sakini Asim Mustafayevi Beynəlxalq Hava Limanı ərazisində şübhəli şəxs qismində saxlayıblar.

Həmin şəxsin həkim müayinəsindən keçirilməsi nəticəsində narkotik vasitələrin yüksək miqdarda istehlakına görə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib olunub və Babək Rayon Məhkəməsinin qərarına əsasən, 40 gün müddətində inzibatı həbs olunub.