Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82439
az

SOCAR-ın keçmiş vitse-prezidenti vəfat edib

19:5711 Fevral, 2023
6947
CƏMİYYƏT
  • A

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya və geofizika məsələləri üzrə kieçmiş vitse-prezidenti Bəhram Hüseynov dünyasını dəyişib.

OXU24.COM bildirir ki, bu barədə "Report" xəbər verir.

Bəhram Bəhlul oğlu Hüseynov 1956-cı ildə Bakı şəhərində anadan olub.

1983-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu "Faydalı qazıntı yataqlarının geofiziki üsullarla axtarışı və kəşfiyyatı" ixtisası üzrə bitirib və həmin ildən Qum adası dənizdə qazma işləri idarəsində geoloq və geoloji şöbənin böyük geoloqu vəzifələrində çalışıb. 1988-ci ilin iyulundan "Xəzərdənizneftqaz" İB İstehsalat Birliyində baş ofisində Neft və qaz yataqlarının kəşfiyyatı üzrə geoloji şöbəyə böyük geoloq vəzifəsinə keçirilmiş, 1992-ci ildən geoloji şöbənin rəis müavini vəzifəsində çalışmışdir. 1993–1994-cü illərdə ABŞ-ın Amoko şirkətinin Talsa şəhərində olan elmi-tədqiqat mərkəzində ezamiyyətdə olmuş və birgə layihədə iştirak edib. Ezamiyyətdən qayıtdıqdan sonra Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində əmək fəaliyyətini işini davam etdirmişdir.

O, 1995-ci ilin may ayından Azərbaycan Beynəlxalq Əməliyyat Sirkətində vitse-prezidentin müşaviri vəzifəsində, 1997-ci ilin iyun ayından geoloji şöbənin böyük geologu vəzifəsində çalışıb.

1998-ci ilin iyunundan BP şirkətinin operatoru olduğu "Şahdəniz" layihəsində geolojı kəşfiyyat qrupunun rəhbəri vəzifəsinə qəbul edilib. 2000-ci ilin martından 2002-ci ilin dekabr ayına qədər BP-nin Böyük Britaniyanıin London ofisində ezamiyyətdə olmuş və "AÇG" yataqlarının II və III fazalarının işlənməsinin geologiya, geofizika və lay mühəndisliyi layihə qrupunun rəhbəri vəzifəsində çalışıb. 2002-ci ilin dekabrından 2011-ci ilin yanvarına qədər "AÇG" yatağının işlənməsi layihəsində geolojı qrupun rəhbəri, kəşfiyyat bölümündə yeni quyu planlaşdırılması qrupunun rəhbərı, "Azəri" yatağında hasilatın idarə olunması qrupunun rəhbəri, "Azəri" yatağında yeni quyuların layihələndirilməsi və yerinə yetirilməsi qrupunun rəhbəri vəzifələrində çalışıb.

2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. 2011-ci ilin yanvarından SOCAR-ın Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentinin müavini vəzifəsinə, 18 aprel 2016-cı il tarixindən isə Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti təyin edilib. B.Hüseynov Prezidenti İlham Əliyevin 2021-ci ildə imzaladığı sərəncamı ilə bu vəzifədən azad edilib.

Allah rəhmət eləsin!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı-Qazax yolunda ağır qəza: 5 nəfər xəsarət aldı
“Bəy hamamı”nda yanğın oldu -FOTO/YENİLƏNDİ
Tehrandan Ukraynadakı münaqişəyə baxış -Kim qalib gələcək?

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR