Qaynar xətt:

(+99450) 247 90 86

Akademiyanın tələbəsi faciəli şəkildə öldü

Akademiyanın tələbəsi faciəli şəkildə öldü

CƏMİYYƏT

994

11.02.2023, 10:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Aviasiya Akademiyasının ikinci kurs tələbəsi Asəf Salahov vəfat edib.

Oxu24.com  xəbər verir ki, tələbə ötən gün yaşadığı evdə dəm qazından boğularaq dünyasını dəyişib.

Bu barədə onun müəllimi, Bərdə rayonu Qazaxlar kənd orta məktəbinin direktoru Elşən Ramizoğlu sosial şəbəkə hesabında paylaşım edərək məlumat verib.

O, mərhum şagirdi haqqında bu sözləri yazıb: “Atasının nə əziyyəti ilə, hansı kasıblıqla oxuduğunu, Asəfin hansı əziyyət çəkdiyini çox yaxşı bilirəm. Bu cavan yaşın, bu əziyyətin qisməti belə olmalı deyildi...”