Bu şəxslər həlak olarsa, ailələri 20 min manat alacaq
06 Oktyabr 2026, 19:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
367
10.02.2023, 09:42
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşür.
Oxu24.com xəbər verir ki, budəfəki humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxildir.
Heydər Əliyev Fondu, “AzərEnerji” ASC və “Azərişıq” ASC-nin dəstəyi ilə göndərilən yardım fevralın 10-da zəlzələ bölgəsinə çatdırılacaq.
Xatırladaq ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-da Türkiyəyə Heydər Əliyev Fondunun ilk humanitar yardım təyyarəsi göndərilib. Fondun qardaş ölkəyə ezam olunan əməkdaşları zəlzələdən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər çatdırıb.
Həmçinin qeyd edək ki, Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi fevralın 8-dən humanitar kampaniyaya start verib. Bu kampaniya çərçivəsində vətəndaşlardan toplanan humanitar yardımlar da Heydər Əliyev Fondunun dəstəyi ilə zəlzələ bölgəsinə çatdırılır.
19:18 / 06 Oktyabr 2026
4
19:15 / 06 Oktyabr 2026
7
18:55 / 06 Oktyabr 2026
31
18:47 / 06 Oktyabr 2026
55
18:42 / 06 Oktyabr 2026
63
18:33 / 06 Oktyabr 2026
59
18:25 / 06 Oktyabr 2026
65
18:18 / 06 Oktyabr 2026
65
18:10 / 06 Oktyabr 2026
57
18:07 / 06 Oktyabr 2026
68
17:48 / 06 Oktyabr 2026
256
17:30 / 06 Oktyabr 2026
92
17:20 / 06 Oktyabr 2026
62
17:10 / 06 Oktyabr 2026
64
17:07 / 06 Oktyabr 2026
120
16:51 / 06 Oktyabr 2026
869
16:47 / 06 Oktyabr 2026
176
16:40 / 06 Oktyabr 2026
112
16:32 / 06 Oktyabr 2026
233
16:28 / 06 Oktyabr 2026
232
16:25 / 06 Oktyabr 2026
68
16:15 / 06 Oktyabr 2026
81
16:09 / 06 Oktyabr 2026
1203
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.