Bu şəxslər həlak olarsa, ailələri 20 min manat alacaq
06 Oktyabr 2026, 19:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
361
10.02.2023, 00:41
Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən silsiləli zəlzələlər qeydə alınıb. Dəhşətli təbii fəlakət nəticəsində zərərçəkmiş şəxslərə dəstək məqsədilə Kapital Bank tərəfindən yaradılan Qırmızı Ürəklər Fondu “Türkiyə üçün bir ürək olaq!” adlı yardım vəsaitinin toplanılması aksiyasına start verib.
Hal-hazırda davam edən aksiya çərçivəsində bankın əməkdaşları, ölkədə və xaricdə yaşayan bir çox soydaşlarımız, həmçinin müxtəlif şirkətlərin ianələri hesabına cəmi bir gün ərzində artıq 200 000 manatdan çox vəsait toplanılıb. Aksiyaya dəstək olmaq üçün //redhearts.az saytı, Birbank rəqəmsal bankı, eləcə də Kapital Bank-ın ödəniş terminalları vasitəsilə Qırmızı Ürəklər Fonduna ianə edərək, bu təşəbbüsə siz də qoşula bilərsiniz. Toplanan vəsaitlər Türkiyədə fəaliyyət göstərən Ahbap xeyriyyə fondu vasitəsilə zəlzələ qurbanlarına yardım üçün istifadə olunacaq.
Kapital Bank hadisə nəticəsində doğma və yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa və səbir diləyir. Qardaş xalqın kədəri, bizim kədərimizdir. Başın sağ olsun, Türkiyə!
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
19:18 / 06 Oktyabr 2026
4
19:15 / 06 Oktyabr 2026
7
18:55 / 06 Oktyabr 2026
31
18:47 / 06 Oktyabr 2026
55
18:42 / 06 Oktyabr 2026
63
18:33 / 06 Oktyabr 2026
59
18:25 / 06 Oktyabr 2026
65
18:18 / 06 Oktyabr 2026
65
18:10 / 06 Oktyabr 2026
57
18:07 / 06 Oktyabr 2026
68
17:48 / 06 Oktyabr 2026
256
17:30 / 06 Oktyabr 2026
92
17:20 / 06 Oktyabr 2026
62
17:10 / 06 Oktyabr 2026
64
17:07 / 06 Oktyabr 2026
120
16:51 / 06 Oktyabr 2026
869
16:47 / 06 Oktyabr 2026
176
16:40 / 06 Oktyabr 2026
112
16:32 / 06 Oktyabr 2026
233
16:28 / 06 Oktyabr 2026
232
16:25 / 06 Oktyabr 2026
68
16:15 / 06 Oktyabr 2026
81
16:09 / 06 Oktyabr 2026
1203
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.