Bu şəxslər həlak olarsa, ailələri 20 min manat alacaq
06 Oktyabr 2026, 19:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
340
09.02.2023, 23:35
Qardaş Türkiyədə son 100 ilin ən dəhşətli zəlzələsi baş verib.
Tarixən Azərbaycanda da güclü zəlzələlər olub.
Milli.Az azxeber.com"-a istinadən ölkəmizdə bu günə qədər yaşanan ən dəhşətli zəlzələlərin siyahısını təqdim edir.
Alp-Himalay seysmo-aktiv bölgəsində yerləşən Azərbaycanda ilk böyük zəlzələ 5-ci əsrə təsadüf edir. 427-ci ildə Gəncə şəhərindən təqribən 25 km cənub-şərqdə 9 bal gücündə baş verən zəlzələ nəticəsində yüz minlərlə insan həlak olub.
700 il sonra, 1139-cu ilin sentyabrın 30-da Gəncədən 50 km cənubda yenidən dəhşətli zəlzələ baş verib. Belə ki, 9 ballıq zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl gölləri yaranıb.
Kənd və qalalar yerlə yeksan olub. Bəzi mənbələrə görə, 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub.
Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb.
1935-ci ildə Gəncədə yenidən böyük dağıntılara səbəb olmuş "Zurnabad zəlzələsi" qeydə alınıb.
Azərbaycan tarixində ən dəhşətli zəlzələlər Şamaxı və Bakı şəhərlərində olub.
- Şamaxı zəlzələsi 1667-ci ildə 6,9 bal gücündə olub. Zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişib. Bu zəlzələ Azərbaycan tarixində ən dəhşətli zəlzələ kimi qeyd edilir.
- Növbəti ən dəhşətli zəlzələ yenə də Şamaxıda 1669-cu ildə 5,7 bal gücündə qeydə alınıb. Zəlzələ nəticəsində 7 min insan dünyasını dəyişib.
- Şamaxıda daha bir zəlzələ isə 1902-ci ildə 6,9 bal gücündə olub. Zəlzələ zamanı şəhərin 2 min nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20 min nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə-yeksan olub.
Bakıda ən güclü zəlzələ isə 2000-ci ildə yaşanıb. Zəlzələ 6,8 bal gücündə olub. Zəlzələ nəticəsində onlarla tikili dağılıb, çat verib, 30 nəfər dünyasını dəyişib.
19:18 / 06 Oktyabr 2026
4
19:15 / 06 Oktyabr 2026
7
18:55 / 06 Oktyabr 2026
31
18:47 / 06 Oktyabr 2026
55
18:42 / 06 Oktyabr 2026
63
18:33 / 06 Oktyabr 2026
59
18:25 / 06 Oktyabr 2026
65
18:18 / 06 Oktyabr 2026
65
18:10 / 06 Oktyabr 2026
57
18:07 / 06 Oktyabr 2026
68
17:48 / 06 Oktyabr 2026
256
17:30 / 06 Oktyabr 2026
92
17:20 / 06 Oktyabr 2026
62
17:10 / 06 Oktyabr 2026
64
17:07 / 06 Oktyabr 2026
120
16:51 / 06 Oktyabr 2026
869
16:47 / 06 Oktyabr 2026
176
16:40 / 06 Oktyabr 2026
112
16:32 / 06 Oktyabr 2026
233
16:28 / 06 Oktyabr 2026
232
16:25 / 06 Oktyabr 2026
68
16:15 / 06 Oktyabr 2026
81
16:09 / 06 Oktyabr 2026
1203
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.