Şövkət Mirziyayev Vahid Ələkbərovla görüşdü
06 Oktyabr 2026, 19:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
251
09.02.2023, 20:38
Spirtli içki səbəbli qaraciyərin zədələnməsi uzun müddət spirtli içki içən adamlarda baş verir. Spirtli içki qaraciyərin aşağıdakı zədələnmələrinə səbəb olur:
* piy toxumasının yığılması ( steatoz)
Qadınlar gün ərzində 10 qram təmiz spirt (200 qram çaxır, 0,5 litr pivə və s.), kişiləri isə gün ərzində 50 qram təmiz spirt (0,5 litr çaxır, 1,25 litr pivə və ya 200 qram araq) qəbul etdikdə qaraciyərin xəstələnmə şansı çox olur.
Xəstəliyin əlamətləri qəbul edilən spirtin miqdarından və keyfiyyətindən asılı olaraq dəyişir. Erkən yaşlarından içməyə başlayan adamlarda 30-40 yaşlarından qaraciyər zədələnir. 40 yaşdan sonra isə qaraciyər tam zədələnmiş olur.
Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir:
* qarının sağ tərəfində ağrı
* qaraciyərin böyüməsi və sağ qabırğaaltı nahiyədə ağırlaşma hissi
* ağızda quruluq
* yorğunluq
* dəridə sarılıq
* iştahanın olmaması
* ürəkbulanma
* ayaqlarda şişkinlik
* arıqlama
Spirtli içki içən adamların qaraciyəri zədədləndikdə onların dərilərinin rəngi sarımtıl-qara, xoşagəlməz tünd olur. Onların əl və ayaqlarının rəngi qırmızıya çalır, kapilyar damarlarda qansızmalar meydana çıxır. Dəridə ulduzcuq şəklində qansızmalar görünür. Belə xəstələrdə bəzən burun və ya bağırsaq qanaxmaları müşahidə edilir.
Uzun müddət spirtli içki qəbul edənlərin sinir sistemnidə də patoloji əlamətlər meydana çıxır. Belə adamlar əsəbi, həyəcanlı, bəzən halsız olur, onlarda keylik müşahidə edilir. Diqqət dağınıqlığı, yaddaşsızlıq, halyusiyasiya, əl və ayaqlarda əsmələr, ağrı, fiziki lənglik müşahidə edilir. Belə kişilərin yumurtalıqları kiçilir, qadınların isə döşlərində böyümə baş verir.
Spirtli içki qəbulu səbəbindən qaraciyərdə əmələ gələn patologiyalara diaqnoz qoymaq üçün anamnez, laborator və diaqnostik müayinə metodlarından istifadə edilir. Xəstəliyin yeganə müalicəsi spirtli içkidən imtina etməkdir. Sirroz əlamətləri başlamadıqda xəstəliyi müalicə etmək mümkün olur.
19:49 / 06 Oktyabr 2026
1
19:44 / 06 Oktyabr 2026
19
19:37 / 06 Oktyabr 2026
57
19:36 / 06 Oktyabr 2026
28
19:35 / 06 Oktyabr 2026
97
19:27 / 06 Oktyabr 2026
48
19:20 / 06 Oktyabr 2026
39
19:18 / 06 Oktyabr 2026
61
19:15 / 06 Oktyabr 2026
62
18:55 / 06 Oktyabr 2026
50
18:47 / 06 Oktyabr 2026
65
18:42 / 06 Oktyabr 2026
78
18:33 / 06 Oktyabr 2026
545
18:25 / 06 Oktyabr 2026
71
18:18 / 06 Oktyabr 2026
71
18:10 / 06 Oktyabr 2026
63
18:07 / 06 Oktyabr 2026
70
17:48 / 06 Oktyabr 2026
346
17:30 / 06 Oktyabr 2026
97
17:20 / 06 Oktyabr 2026
67
17:10 / 06 Oktyabr 2026
67
17:07 / 06 Oktyabr 2026
125
16:51 / 06 Oktyabr 2026
960
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.