Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82232
az

"Biz tarixi unutmuruq" - VİDEO - FOTO

18:4209 Fevral, 2023
85
CƏMİYYƏT
  • A

Türkiyədə zəlzələdən ziyan görən və çətin durumda olan insanlara Qubadan 3 yük maşını yardım göndərilib.

OXU24.COM  bizim.media-ya istinadən bildirir ki, ötən  gündən havanın qarlı-şaxtalı olmasına baxmayaraq, yüzlərlə Quba sakini yardımın toplanıldığı Cümə məscidinə axışıb.

Statusundan asılı olmayaraq hər kəs qardaş Türkiyədə zəlzələnin şokunu yaşayan insanlara kömək əlini uzadıb.

Toplanan yardım əsasən yataq dəstləri, yorğan-döşək, konserv məmulatları, quru qidalar, isti geyimlər və digər zəruri məhsullardan ibarətdir.

Quba sakinləri bildirirlər ki, 1918-ci ildə erməni hücumunun qarşısı alınarkən türk qardaşlarımız Quba qəzasına çox köməklik ediblər, həyatlarından keçsələr belə erməni daşnaklarına qarşı inadla vuruşublar.

"Biz tarixi unutmuruq" deyən Quba Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov bildirib ki, indi Türkiyənin bu çətin günlərində Prezidentimiz başda olmaqla bütün Azərbaycan, biz qubalılar da onlarla birgəyik.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Daimi aclıq hissi zülal çatışmazlığı səbəbindən ola bilər”
Hansı çaylar arıqlamağa kömək edir?
Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verdi