Kənd yumurtasının qiyməti kəskin bahalaşdı
06 Oktyabr 2026, 20:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
326
09.02.2023, 18:42
Türkiyədə zəlzələdən ziyan görən və çətin durumda olan insanlara Qubadan 3 yük maşını yardım göndərilib.
OXU24.COM bizim.media-ya istinadən bildirir ki, ötən gündən havanın qarlı-şaxtalı olmasına baxmayaraq, yüzlərlə Quba sakini yardımın toplanıldığı Cümə məscidinə axışıb.
Statusundan asılı olmayaraq hər kəs qardaş Türkiyədə zəlzələnin şokunu yaşayan insanlara kömək əlini uzadıb.
Toplanan yardım əsasən yataq dəstləri, yorğan-döşək, konserv məmulatları, quru qidalar, isti geyimlər və digər zəruri məhsullardan ibarətdir.
Quba sakinləri bildirirlər ki, 1918-ci ildə erməni hücumunun qarşısı alınarkən türk qardaşlarımız Quba qəzasına çox köməklik ediblər, həyatlarından keçsələr belə erməni daşnaklarına qarşı inadla vuruşublar.
"Biz tarixi unutmuruq" deyən Quba Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov bildirib ki, indi Türkiyənin bu çətin günlərində Prezidentimiz başda olmaqla bütün Azərbaycan, biz qubalılar da onlarla birgəyik.



20:28 / 06 Oktyabr 2026
1
20:19 / 06 Oktyabr 2026
23
20:13 / 06 Oktyabr 2026
40
20:09 / 06 Oktyabr 2026
43
19:56 / 06 Oktyabr 2026
47
19:51 / 06 Oktyabr 2026
43
19:49 / 06 Oktyabr 2026
50
19:44 / 06 Oktyabr 2026
56
19:37 / 06 Oktyabr 2026
371
19:36 / 06 Oktyabr 2026
49
19:35 / 06 Oktyabr 2026
130
19:27 / 06 Oktyabr 2026
91
19:20 / 06 Oktyabr 2026
63
19:18 / 06 Oktyabr 2026
78
19:15 / 06 Oktyabr 2026
78
18:55 / 06 Oktyabr 2026
56
18:47 / 06 Oktyabr 2026
71
18:42 / 06 Oktyabr 2026
86
18:33 / 06 Oktyabr 2026
1340
18:25 / 06 Oktyabr 2026
74
18:18 / 06 Oktyabr 2026
75
18:10 / 06 Oktyabr 2026
66
18:07 / 06 Oktyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.